Icma.az
close
up
RU
Başıbəlalı “Taxta bazarı” Köçürülmə yenidən gündəmdə

Başıbəlalı “Taxta bazarı” Köçürülmə yenidən gündəmdə

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Bakının Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Taxta bazarı”nın köçürülməsi yenidən gündəmə gəlib. Son illər bu bazarda təkrar-təkrar baş verən müxtəlif insidentlər, eləcə də yanğın hadisələri bunu zəruri edir. Nöbvəti belə hadisə də ötən gecə baş verib.

Hurriyyet.Az Bakupost.Az-a istinadla xəbər verir ki, cəmi bir neçə ay əvvəl - bu ilin martında da bazarda güclü yanğın olmuşdu. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdı.

Bəs, niyə bu bazarda tez-tez yanğın hadisələri olur və onun köçürülməsini zəruri edən daha hansı səbəblər var?

Əsas səbəblər sırasında burada infrastrukturun köhnə olması, obyektlərin nizamsız yerləşməsi, minimal təhlükəsizlik standartlarına əməl edilməməsi və nəzarətsizlik dayanır.

Ən böyük problemlərdən biri də bazarın yerləşdiyi ərazidə yaranmış xaotik vəziyyətdir. Taxta və digər inşaat məhsulları piyadalar və avtomobillər üçün nəzərdə tutulmuş yolların kənarına qədər yığılır, nəticədə nəqliyyat axını və təhlükəsizlik qaydaları kobud şəkildə pozulur.

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Bakupost.Az-a açıqlamasında bildirib ki, bazarın şəhərdən kənara köçürülməsi daha əlverişlidir:

“Dünya təcrübəsinə baxsaq, bazarların, hətta yanacaqdoldurma məntəqələrinin şəhərdən kənarda yerləşdirilməsi üçün çalışılır. Təhlükəsizlik nöqteyi-nəzərindən də bazarın kənarda olması daha məqsədəuyğundur. Məsələn, yanğın olarsa, yanğınsöndürən briqadanın şəhərin tıxacı ilə ora gəlməsi daha çətindir. Lakin şəhərətrafı ərazidə olarsa, belə hallara daha tez reaksiya vermək olar. Həmin ərazidə torpağın qiyməti də yüksəkdir, ona görə yaşayış massivinin tikilməsini daha səmərəli hesab edirəm. Böyük bir bazarın o ərazidə yer tutması uyğun deyil.”

Bu ərazi şəhərsalma baxımından da ciddi narahatlıq doğurur. Dərnəgül qovşağı adlanan bu yer həm də yol şəbəkələrinin kəsişdiyi strateji bir nöqtədir. Burada geniş yolların çəkilməsi, nəqliyyat axınının rahatlaşdırılması, yaşıl parkların salınması və yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. Lakin bazar bu planların qarşısında ciddi maneə olaraq qalır. Şəhərin mərkəzində geniş bir ərazidə bu cür xaotik və təhlükəli bir obyektin mövcudluğu müasir Bakının konsepsiyasına uyğun gəlmir.

Bütün bu səbəblərdən artıq bir neçə ildir ki, "Taxta bazarı"nın Qaradağ rayonuna köçürülməsi müzakirə olunur. Qaradağ rayonu daha geniş və az sıxlıq olan ərazidir, burada bazarın müasir formada, bütün təhlükəsizlik tələblərinə cavab verən şəraitdə yenidən qurulması mümkündür. Bu həm satıcılar, həm də alıcılar üçün daha rahat və nizamlı bir mühit yaradacaq. Eyni zamanda şəhər mərkəzi də illərdir mövcud olan bir yükdən azad olacaq.

Qaradağa köçürülmə həm də bazarın leqallaşdırılması və nəzarətə götürülməsi deməkdir. Bu gün Dərnəgüldə fəaliyyət göstərən çoxsaylı kiçik sahibkarların fəaliyyətinin bir qismi rəsmi qeydiyyatdan kənardır. Yeni yerdə fəaliyyət göstərmək üçün sahibkarlar vergi qeydiyyatına düşəcək, fəaliyyət şəffaflaşacaq və dövlətə də əlavə gəlir gətirəcək.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri