Icma.az
close
up
RU
Başımız üstündə və qəlbimizdə dalğalanan BAYRAĞIMIZ

Başımız üstündə və qəlbimizdə dalğalanan BAYRAĞIMIZ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu xalq dövlətinə, millətinə məxsus olan bayrağını asanlıqla yüksəklərə ucaltmayıb. Bu yolda zaman-zaman qanlar axıdılıb, igidlər, ərənlər düşmən gülləsinə tuş gəlib, Vətən yolunda şəhid olublar. Elə qırmızı rəngi şəhid qanından alan bayrağımız zirvələrdə dalğalanarkən şəhid adını da özü ilə birlikdə zirvələrə qaldırıb. Vətənimizin adını, qüdrətini, qeyrətini də həmçinin.

Azərbaycanlıların canları qədər sevdiyi üçrəngli, ulduzlu, ayparalı bayraq... Lakin bu bayrağın da “taleyi” xalqın taleyi kimi keşməkeşli olub. 1918-ci ildə azadlıq uğrunda mücadilənin son nəticəsi olaraq qaldırılan üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətində cəmi 23 ay dalğalandı, Vətən göylərini üç rənglə-göy, qırmızı, yaşılla cəmi 23 ay bəzədi.

Gözü torpaqlarımızda, iştahası sərvətlərimizdə olanlar bu müstəqil respublikanın tərəqqisinə imkan vermədilər. Əsrlərlə həyata keçirilmiş planlar yenidən təkrarlandı. Çoxəsrlik tarixi, ənənələri olan Azərbaycan yenidən bu planların qurbanı oldu. Həmin planların müəllifləri 15 müttəfiqdən biri kimi Azərbaycanı da öz müstəmləkəsinə çevirməklə, 70 illik əsarətə məhkum etdilər. Müstəqilliyimizi əlimizdən aldılar, üçrəngli bayrağımızı da dalğalanmağa qoymadılar. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Sovet Sosialist Respublikası adlandırıldı, bayrağımız isə üçrəngli deyil, imperiyanın müəyyənləşdirdiyi bayraq oldu. Nə az, nə çox, düz 70 il dalğalandı başımız üzərində. Lakin ürəyimizdə yüksəklərə qalxa bilmədi. Çünki özümüzünkü olmayan bir bayraq idi. Qanlar bahasına ucaldılmış bayrağın yerinə sancılmış bayraq idi. Sərvətləri talanan, hüquqları tapdalanan, tarixi mənimsənilən bir məmləkətin ələm bayrağı idi.

İllər illərə calandıqca, onilliklər bir-birini əvəz etdikcə, zamanı 70 ilə yaxınlaşdırırdı, bununla da əsarətin sonu çatırdı. “Bayraqları bayraq edən üstündəki qandır” kəlamı bu illər uzunu ürəyimizdəki yaranı sızladırdı. Bu sızıltılar isə millətin yuxusunu ərşə çəkir, onu yeni mübarizələrə səsləyirdi. Bu səs Azərbaycana Naxçıvandan yayılırdı. 1990-cı ildə Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan Vətən oğlunun – Ulu Öndər Heydər Əliyevin azadlıq mübarizəsinə çağırışı ilə bütün Azərbaycana yayılırdı. Müstəqillik uğrunda 1918-ci ilin davamı olan mücadilə elə üçrəngli bayrağın yenidən qaldırılması, dalğalanması və bütün azərbaycanlıların bir bayraq altında cəm olması ilə başlandı. Bu təşəbbüs 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi birinci sessiyasında qatı totalitar sovet rejimi dövründə belə, Azərbaycanı gələcək müstəqilliyə hazır­layan bu görkəmli siyasi xadim tərəfindən irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və ölkənin ali hakimiyyət orqanı qarşısında Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul edilməsi ilə bağlı vəsatət qaldırıldı.

Bəli, bu, o zaman idi ki, hələ ölkə sovet imperiyasının əsarət zəncirində inləyirdi. Naxçıvandan Azərbaycana yönələn bu müqəddəs çağırışa imperiya başçıları tab gətirə bilmirdilər. Azərbaycanın əldən çıxması, onun ardınca digər müttəfiqlərin də getməsi... Bu yanğı ilə yenidən qanlar axıdıldı. Ölkəmizə xüsusi qoşun göndərildi xalqı susdurmaq üçün. Lakin bu dəfə azərbaycanlılar “öldü var, döndü yox”, – dedilər. Elə buna görə də müstəqillik qazana bildik. Qanlar axıdılsa da, yenə də saysız-hesabsız şəhidlər versək də, sonda azad olduq. 1991-ci ilin 18 oktyabrınadək, yəni 1990-cı ilin 17 noyabrında Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılması təklif olunan və azadlıq mücadiləsinə aparan yolun rəmzi olan bayrağımız axıdılan qanla yenidən boyandı və əbədiyyən yüksəldi, dalğalanmağa başladı.

Sevindirici, həm də qürurverici haldır ki, müstəqil dövlətimizin üçrəngli bayrağı əbədiyyən Naxçıvanda Ulu Öndərimizin təşəbbüsü, qayğısı ilə qaldırıldı. Ümummilli Lider deyirdi: “Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul olundu. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll etdik. Və bu məsələlərin həll olunmasında deputatlar çox böyük maraqla, böyük səylə iştirak etdilər, ona görə mən bir də bu böyük məsələlərin qəbul olunması ilə əlaqədar olaraq Sizi təbrik edirəm. Və Sizin hamınıza bu işdə fəaliyyət göstərdiyinizə görə minnətdarlığımı bildirirəm”.

Ulu Öndərin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. 2009-cu il noyabr ayının 17-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə imzalanan sərəncama əsasən hər il noyabrın 9-nu respublikamızda Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edirik.

İndi doğma Azərbaycanımızın paytaxtında və hər bir bölgəsində yaradılan Bayraq meydanlarında, Vətənində və Vətənindən kənarda yaşayan bütün azərbaycanlıların qəlbində üçrəngli bir bayraq dalğalanır.

Dalğalan, dalğalan, yüksəklərə, zirvələrə ucal, milli bayrağımız! Müstəqil Azərbaycanın dövlət rəmzi olaraq bu Vətənin azad səsini elə bu Vətənin küləkləri ilə dünyaya yay!

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri