15 Oktyabr tarixi torpaqlarda ucaldılan BAYRAĞIMIZ!
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2023-cü il 15 oktyabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldıldı. Uc il əvvəl oktyabrın 15-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımızı ucaltmaqla tariximizə yeni salnamələr əlavə etdi. 44 günlük Vətən müharibəsinin gedişi və sonda əldə olunan Zəfər dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı məğrur xalqdır və heç vaxt işğal ilə barışıb, yaşaya bilməzdi. Güclü olan Azərbaycan əzəli torpaqlarına sahibdir və ərazisindən bir qarışını da kimsəyə verməz. Yenilməz xalqımız bir yumruq ətrafında lazım olan anda birləşməyi bacarır və hədəfə doğru bir məqsədlə irəliləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünyaya ölkəmizdən bir mesaj oldu. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdiyi kimi, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. 2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən müdrik, uzaqgörən siyasəti ilə ötən illər ərzində Azərbaycan gücləndi və dünya miqyasında özünə layiqli yer tuta bildi. Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə olaraq Azərbaycan Bayrağını işğal altında olan ərazilərdə - bütün şəhər və kəndlərdə qaldırılmasını qarşısına məqsəd qoymuşdur. Həqiqətən də, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə dövlətimiz Zəfər yoluna qədəm qoydu. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini Onun davamçısı İlham Əliyev böyük məharətlə başa çatdıracaq. Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltması tarixi hadisə oldu . Bu tarixi hadisə kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Dünyada söz sahibi olan Azərbaycan Cənubi Qafqazın lideri statusunu daşıyır. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsindəki tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırıldı. 2023-cü ilin sentyabrın 19-da antiterror tədbirləri keçirildi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyat nəticəsində Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələri zərərsizləşdirildi, onların hərbi obyektləri məhv edildi. Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltması mühüm əhəmiyyətli hadisə olaraq tariximizə həkk olundu.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. 30 il əvvəl öz doğma yurd-yuvalarını tərk edən vətəndaşlar geri qayıdırlar. Artıq o torpaqlarda həyat qaynayır. Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurguladıöı kimi, "Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq".
Bu gün Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı var. Dövlətimiz ordumuzun gücləndirilməsi üçün durmadan çalışır. Ali Baş Komandanın rəhbərliyi ilə müasir Azərbaycan ordusu öz gücünü, məharətini, peşəkarlığını istənilən vəziyyətdə nümayiş etdirir. "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu", - deyə Prezident Xankəndi şəhərində çıxış edərkən bildirmişdi. 2023-cü ilin oktyabrın 15-də Xankəndidə sancılan əzəmətli bayrağımızın dalğalanmasını görmək, onun seyrçisinə çevrilmək hər bir azərbaycanlını qürurlandıran ali dəyərdir. Görülən işlər, Azərbaycanın yaratmış olduğu reallıqlar bir daha deməyə əsas verir ki, dövlət başçımız 23 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.
Nəzakət ƏLƏDDİNQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















