Icma.az
close
up
RU
Başına daş salınmış MƏKTƏB...

Başına daş salınmış MƏKTƏB...

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əvvəla ondan başlayım ki, ölkəmizdə son dərəcə böyük şəraiti və texnoloji imkanları olan gözəl məktəblər tikilir. Bu, hər il baş verir və neçə - neçə gözəl məktəb ocaqları şagird və müəllimlərin ixtiyarına verilir. Bu, gerçəkdən böyük uğurdur. Bu, təhsil üçün açılan böyük imkanlar deməkdir. Qalır o məktəblərdə gözəl tədris, idarəetmə və bilik qazanmaq. Hə, elə dərd də burdadır...

Artıq neçə illərdir ki, orta məktəblərdəki direktorların özbaşınalığı, nizam-intizamın xaosla əvəzlənməsi, bir sıra müəllimlərin dövlətin tədris saatında şagirdə aşılamalı olduğu biliyi dərsdən sonrakı pullu məşğələyə saxlaması və bununla da orta məktəblərdə repititor biznesinin çiçəklənməsi barədə o ki var yazırlar. Biraz təəcüblü, bir o qədər də bəzilərinin xoşuna gəlməsə də sovet təhsil sisteminin nizam-intizam və tədris taktikasının üstünlüyü barədə xatirələr də aradabir media və sosial şəbəkə səhifələrini bəzəyir. Haqlıdırlarmı?- müəyyən mənada bəli. Özü də pedaqoqdan daha çox dəllala bənzəyən bir sıra direktorların məktəbi nüfuzdan saldığı bir vaxtda bütün müqayisələr aktual səslənir.
Nə oldu ki, məktəb bu sürətlə hörmətdən düşdü, necə oldu ki, bir vaxtlar gələcək nəsillər üçün az qala müqəddəs bünövrə sayılan, dəhlizlərində müəllimi görəndə şagirdlərin hörmət və təzim göstərdikləri təhsil ocağı belə acınacaqlı günlərə qaldı? Necə oldu ki, bir vaxtlar valideyndən on qat artıq uşaqlara ata-ana qayğısı götərən o böyük MÜƏLLİM adı, nüfuzu beləcə ucuz şəkildə xərclənib bitirildi?
Gələk əsas məsələyə. Son günlər məktəblərin hüquqi publik şəxs statusunda fəaliyyət göstərəcəkləri barədə danışılır və təklif edilir. Məktəblərin publik hüquqi şəxs olması, onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərməkdən çıxaraq müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu o deməkdir ki, məktəblər müstəqil olacaq, məktəb direktorlarının qərarvermə səlahiyyəti genişlənəcək, onlar məktəb ərazilərinin icarəyə verilməsi, müstəqil maliyyə sistemi yaradılması kimi qərarlar verə biləcəklər.
Bundan başqa, hüquqi və maliyyə müstəqilliyi o zaman effektiv olacaq ki, məktəbləri idarə edən şəxslər bu sahədə zəruri bilik və bacarıqlara malik olsunlar. Mövcud direktor korpusunun əksəriyyətinin pedaqoji təcrübədən uzaq olduğunu hər kəs bilir. Üstəlik onların menecment, hüquq və maliyyə idarəçiliyi sahəsindən də bixəbər olmaları gün kimi aydındır. Alverçi təfəkkürlü bir sıra məktəb direktorları üçün yeni təklif edilən təhsil sistemi ancaq bir baxımdan maraqlı ola bilər - necə edək ki, daha çox qazanaq, vəssalam! Bu sistem tətbiq edilərsə, həm də məktəblərdə sosial təbəqələşmə daha da dərinləşəcək. Burası dəqiq belə olacaq.
Amma bu ideya reallaşa bilərmi? Axı bunun reallaşması, uğurla tətbiq edilməsi üçün heç bir real baza, təfəkkür və ictimai düşüncə yoxdur cənablar! Yalançı, formal bər-bəzəkli "yenilik" xəstəliyi bizi qəti rahat buraxmır. Bizə yad olan belə “ideyalarla” özümüzü və qamətimizi daha da sındırırıq, başqa heç nə.
Dünyanın dörd bucağındakı bütün “yenilikləri” doldururuq təhsil sistemimizə. Bura Norveç, İsveç, Belçika deyil, bura Azərbaycandır və bu ölkədə ənənəvi, yüksək dəyər qazanmış tədris və pedaqoji tarix var. Hə, orası düzdür ki, o tarix də, o təcrübə və ənənə də məhv edilib getdi tarixin arxivinə..

Xüsusilə məktəb direktorlarının özbaşınalığı haqlı hiddət doğurur. Hörmətli Təhsil Nazirliyi, özünüzü fironlaşan məktəb direktorları qarşısında belə aciz göstərməyin, direktorlara heç bir təsiri olmayan formal quruma çevrilməyin. Çünki heç bir hörməti və funksiyası olmayan Təhsil Nazirliyi o deməkdir ki, təhsildə xaosdur, dərəbəylikdir və bu o anlama gəlir ki, ölkənin gələcəyi olan indiki uşaqlar bu xaosun içində məhv olub gedirlər.

Doğrudanmı bu ölkədə gözəllik salonlarından məktəb direktorluğuna “atlayanlardan” fərqli olaraq əsl PEDAQOQLAR qəhətə çıxıb??? Guya siz bilmirsiniz ki, məktəblərdə repetitor biznesini gücləndirməklə dövlətin tədris proqramı lazımsız vaxt itkisnə çevrilib?

Sizin heç xəbəriniz yoxdurmu ki, vicdanını qoruyub saxlayan müəllimlərdən başqa, digərləri dövlətin tədris saatında şagirdə ötürməli olduğu biliyi pullu dərs saatına saxlayır? Bu təkcə maaş azlığına görə deyil, həm də daha çox qazanmaq hərisliyi ilə bağlıdır. Xəbəriniz varmı ki, ibtidai sinif şagirdlərinin məktəbli çantaları NATO əsgərlərinin çantalarından daha ağırdır?
Ali məktəblərin ağır tədris proqramını orta məktəb dərsliklərinə köçürüb qırmayın uşaqların belini və beynini. Təsəvvür edin ki, 3-cü sinif şagirdinin həll etməli olduğu məsələlər ali məktəblərin birinci kurs tələbələri səviyyəsindədir. Bu cür “tədris” bu uşaqların qavrama və beyin miqyası üçün deyil axı.

Xəbəriniz varmı ki, orta məktəb dərsliklərinin səviyyəsi o qədər aşağıdır ki, dərsliklərdəki qüsurlar gülüş obyektinə çevrilib? Bu dərsliklərlə normal bilikli nəsillərin yetişdirilməsinə doğrudanmı sizin özünüz də inanırsınız? Gəlin bu xalqın gələcəyini doğulmamışdan məhv edib bir kənara tullamayaq, rica edirəm!!!

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri