Icma.az
close
up
RU
“Başlıbel qətliamı” sənədli əsəri işıq üzü görüb

“Başlıbel qətliamı” sənədli əsəri işıq üzü görüb

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. 

1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 62 sakini kəndi tərk etməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişlər. Onlar kahalarda cəmi 18 gün gizlənə biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.

Başlıbel qətliamı Ermənistan Respublikasının dinc azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətlərindən biridir.

Ötən müddət ərzində Başlıbel faciəsinin araşdırılması, tədqiqi dövlətimiz tərəfindən diqqətdə saxlanılıb. 2017-ci ildə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkib. Dövlət başçımızın bu çıxışından sonra Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə mütəmadi səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda Prezident Administrasiyasının dəstəyi ilə Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.

Hadisələrin canlı şahidi, Kəlbəcərin tanınmış ziyalılarından olan Arif  Süleymanovun uzunmüddətli araşdırmalar və tarixi faktlar əsasında ərsəyə gətirdiyi “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” tədqiqat əsəri  indiyədək çap olunmuş kitablara  və məqalələrə, bütövlükdə hadisələrin tarixinə yeni bir yanaşmadır. Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ictimaiyyətə təqdim olunan kitab gələcək nəsillərimiz üçün tarixi yaddaş rolunu oynamaqda çox önəmli bir mənbədir. Layihənin rəhbəri Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyevdir. Kitabın rəy müəllifi Fondun əməkdaşı Xəyalə Əfəndiyeva, redaktorları Elşən Cəfərov, Gültəkin Cəfərova, tərtibatçısı Elman Abdulkərimovdur.

"Başlıbel qətliamı" kitabında ermənilərin Cənubi Qafqaza köçürülmələrinin, onların iki əsr boyu Azərbaycanın yerli əhalisinə qarşı apardıqları soyqırım aktlarının və 1993-cü ildə Azərbaycan Respublikasının ərazi vahidi olan Kəlbəcər rayonunun işğalı zamanı törətdikləri qətliamların qısa tarixi xronikası verilmişdir. 

Kitabın I hissəsində Rusiya imperiyasının I Pyotr dönəmindən başlayan Qafqazın istilası siyasətinin həyata keçirilməsi, II hissədə XIX - XX əsrlərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törtədikləri soyqırımları və I Qarabağ müharibəsi, III hissədə isə II Qarabağ müharibəsi və nəticələri haqqında tarixi sənədlərə söykənən faktlar verilir.

Gələcək nəsillərimizin tarixi yaddaş kitabının səhifələri olaraq 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində və rayonun digər ərazilərində qətlə yetirilmiş və ermənilər tərəfindən əsir götürülmüş kənd sakinləri, həmçinin dözülməz şəraitdə dağlara sığınaraq 113 gün ərzində erməni mühasirəsində yaşam üçün həyat mücadiləsi aparmış insanlar haqqında hadisələrin şahidləri tərəfindən təqdim edilən xronika verilmişdir.

Xatırladaq ki, bu əsər müəllifin “The Bashlıbel genocide” və "Başlıbel qətliamı” kitablarından sonra Başlıbelə həsr etdiyi üçüncü kitabıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:339
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri