Icma.az
close
up
RU
Tələbələr Başlıbel qətliamı haqda məlumatlandırılıb

Tələbələr Başlıbel qətliamı haqda məlumatlandırılıb

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” adlı layihə çərçivəsində 2 oktyabrda Bakı Mühəndislik Universitetində tələbələrin iştirakı ilə tədbir keçirib.  İctimai Birlikdən Moderator az-a verilən verilən xəbərdə deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihənin icrasına sentyabrın 1-dən start verilib. Bakı Mühəndislik Universitetində keçirilən tədbirdə 76 tələbə iştirak edib.

Moderator.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Mühəndislik Universitetinin Dekan müavini Osman Mirzəyev Ermənistanın təcavüzkar siyasəti nəticəsində xalqımıza qarşı törədilən qətliamlarla bağlı gənc nəslin məlumatlandırılmasının əhəmiyyətli olduğunu qeyd edib. 

Layihənin rəhbəri, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimovun layihənin məqsədləri barədə görüş iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə çərçivəsində  Başlıbel qətliamının şahidi olan və 113 gün mühasirə həyatı yaşayan şahidlərin 2 aydan artıq müddətdə partizan mübarizəsi apardıqları və Başlıbel kəndinin işğalından sonra heç bir çəkiliş aparılmayan “Nəbi kahası” adlanan ərazidə, həmçinin “Barıtlı kahası” adlanan ərazidə 2 hər biri 20 dəqiqəlik videosüjet çəkilib. Çəkilən videolarda şahidlərin Başlıbel qətliamı ilə bağlı gördükləri, ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətləri ilə bağlı şahidi olduqları hadisələr və mühasirə həyatı ilə bağlı fikirləri əks olunub. 

Layihə rəhbərinin sözlərinə görə, layihənin məqsədi Bakı Mühəndislər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrin 18 aprel Başlıbel qətliamı ilə bağlı məlumatlandırılması, tələbələrə ermənilərin 1993-cü ilin aprelində Başlıbel kəndində törətdiyi qətliam, doğma torpaqlarını tərk etməyən mülki insanların vətən sevgisi, düşmən arxasında 113 gün mühasirə həyatı, apardıqları partizan mübarizəsi ilə bağlı məlumat verməkdir. 

Daha sonra çıxış edən layihənin eksperti, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, 1993-cü ildə Başlıbeldə insanlıq əleyhinə müharibə cinayəti törədilib: “Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 5 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb. 18 aprel 1993-cü ildə erməni hərbçiləri 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla, 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib, onlar kəndin ərazisində ucqar yerlərdə yerləşən “Nəbi kahası” və “Barıdlı kahası”nda gizləniblər. 113 günlük ölüm-dirim mübarizəsindən sonra 4 sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər - I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci il sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərini dəfn etdikləri ərazidə torpağa tapşırılıblar. Bu gün artıq 5 ilə yaxındır Başlıbel kəndi işğaldan azad edilib. Mülki infrastruktura vurulan zərəri bəlkə də bərpa etmək olacaq. Amma qırılan insan talelərini, yaşanan insanlıq faciələrini kompensasiya etmək mümkünsüzdür. Gənc nəsilin üzərinə düşən həm də odur ki, Başlıbel qətliamı kimi xalqımızın başına gətirilən soyqırımları unutmasınlar”.

Daha sonra videosüjetlər Bakı Mühəndislik Universitetində keçirilən görüşdə tələbələrə nümayiş etdirilib. Başlıbel qətliamının törədildiyi ərazidən və 113 gün mühasirədə yaşayan insanların gizləndikləri mağaralardan çəkilən videosüjetlər maraqla qarşılanıb. 

Tədbirdə çıxış edən Başlıbel qətliamının şahidləri İsmət Əzizov, Elşad Əzizov və Məzahir Abbasquluyev hadisə və mühasirə həyatı ilə bağlı tələbələrin suallarını cavablandırıb. 

Tələbələr bildiriblər ki, izlədikləri videolar və tədbirdə verilən məlumatlar doğma torpaqlarını tərk etməyən mülki insanların düşmən arxasında apardıqları yaşam mübarizəsi və erməni vandalizmi barədə onlarda heyrətamiz təsəvvürlər yaradıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see433

Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş FOTO

07 İyun 2026 14:39see352

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see213

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see203

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see180

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

07 İyun 2026 18:28see172

2026 cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq Uilli Uolş

07 İyun 2026 19:47see170

İmmunitetdən kənar faydalar: hanımeli bədən üçün nə edir?..

07 İyun 2026 20:44see170

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

07 İyun 2026 19:45see168

Qonşulara pul verdilər, üç gün toy etdilər… Detallar

08 İyun 2026 03:07see165

Yeni “iPhone”lar belə GÖRÜNƏCƏK FOTO

07 İyun 2026 12:55see165

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see165

Avropa çempionları bu gün Bakı turuna çıxır

07 İyun 2026 12:23see164

“Mediada oxudum” Emin Ağalarov atasının ikinci evliliyi haqqında

08 İyun 2026 02:48see162

İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil AÇIQLAMA

08 İyun 2026 01:29see161

Ermənistan sülh gündəliyini fəal şəkildə davam etdirəcək Armen Qriqoryan

07 İyun 2026 19:19see160

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini DAYANDIRDI

08 İyun 2026 01:48see160

Soçi aeroportunda izdiham: Təyyarələr uça bilmir Video

07 İyun 2026 16:52see159

Türkiyədə tanınmış aktrisa ərə gedir

07 İyun 2026 15:18see157

Xoşbəxtlikdən indi Azərbaycanla sülh var PAŞİNYAN

07 İyun 2026 12:13see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri