Icma.az
close
up
RU
BDU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

BDU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” layihəsi çərçivəsində 10 oktyabrda Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirib.

İctimai Birlikdən Moderator.az-a verilən verilən xəbərdə deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihənin icrasına sentyabrın 1-dən start verilib. Bakı Dövlət Universitetində keçirilən tədbirdə  125 tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı gənc nəslin Ermənistanın təcavüzkar siyasəti nəticəsində xalqımıza qarşı törədilən qətliamlarla bağlı məlumatlandırılmasının əhəmiyyətli olduğunu qeyd edib. Ə.Cabbarlı bildirib ki, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” layihəsi bu mənada çox əhəmiyyətlidir.

Layihənin rəhbəri, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov layihənin məqsədləri barədə görüş iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə çərçivəsində Başlıbel qətliamının şahidi olan və 113 gün mühasirə həyatı yaşayan şahidlərin 2 aydan artıq müddətdə partizan mübarizəsi apardıqları və Başlıbel kəndinin işğalından sonra heç bir çəkiliş aparılmayan “Nəbi kahası” adlanan ərazidə, həmçinin “Barıtlı kahası” adlanan ərazidə 2 hər biri 20 dəqiqəlik videosüjet çəkilib. Çəkilən videolarda şahidlərin Başlıbel qətliamı ilə bağlı gördükləri, ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətləri ilə bağlı şahidi olduqları hadisələr və mühasirə həyatı ilə bağlı fikirləri əks olunub.

Layihə rəhbərinin sözlərinə görə, layihənin digər məqsədi Bakı Mühəndislər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrin 18 aprel Başlıbel qətliamı ilə bağlı məlumatlandırılması, tələbələrə ermənilərin 1993-cü ilin aprelində Başlıbel kəndində törətdiyi qətliam, doğma torpaqlarını tərk etməyən mülki insanların vətən sevgisi, düşmən arxasında 113 gün mühasirə həyatı, apardıqları partizan mübarizəsi ilə bağlı məlumat verməkdir.

Daha sonra çıxış edən layihənin eksperti, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov Başlıbel qətliamı ilə bağlı slaytı təqdim edib. O bildirib  ki, 1993-cü ildə Başlıbeldə insanlıq əleyhinə müharibə cinayəti törədilib: “Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 5 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb. 18 aprel 1993-cü ildə erməni hərbçiləri 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla, 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib, onlar kəndin ərazisində ucqar yerlərdə yerləşən “Nəbi kahası” və “Barıdlı kahası”nda gizləniblər. 113 günlük ölüm-dirim mübarizəsindən sonra 4 sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər – I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci il sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərini dəfn etdikləri ərazidə torpağa tapşırılıblar. Bu gün artıq 5 ilə yaxındır Başlıbel kəndi işğaldan azad edilib. Mülki infrastruktura vurulan zərəri bəlkə də bərpa etmək olacaq. Amma qırılan insan talelərini, yaşanan insanlıq faciələrini kompensasiya etmək mümkünsüzdür. Gənc nəsilin üzərinə düşən həm də odur ki, Başlıbel qətliamı kimi xalqımızın başına gətirilən soyqırımları unutmasınlar”.

Daha sonra videosüjetlər BDU-da keçirilən görüşdə tələbələrə nümayiş etdirilib. Başlıbel qətliamının törədildiyi ərazidən və 113 gün mühasirədə yaşayan insanların gizləndikləri mağaralardan çəkilən videosüjetlər maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Başlıbel qətliamının şahidləri İsmət Əzizov, Elşad Əzizov və Məzahir Abbasquluyev hadisə və mühasirə həyatı ilə bağlı anışıblar.

Tələbələr bildiriblər ki, izlədikləri videolar və tədbirdə verilən məlumatlar doğma torpaqlarını tərk etməyən mülki insanların düşmən arxasında apardıqları yaşam mübarizəsi və erməni vandalizmi barədə onlarda heyrətamiz təsəvvürlər yaradıb.

Moderator.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri