Icma.az
close
up
RU
“Başlıbelin İnkişafına Dəstək” İB tələbələri mükafatlandırdı FOTOLAR

“Başlıbelin İnkişafına Dəstək” İB tələbələri mükafatlandırdı FOTOLAR

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə imtahanlarda Kəlbəcər rayonunun Başlıbel kəndindən olan 27 gənc uğurlu nəticələr qazanaraq respublika və xarici ölkə ali məktəblərinə qəbul olunublar. Bu nəticə onun göstəricisidir ki, Başlıbelli gənclər doğma kəndlərinin əhalisinin təhsilə bağlılıq ənənəsini yüksək səviyyədə davam və inkişaf etdirirlər. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi 2023-cü ildən başladığı ənənənin davam olaraq bu il də ali məktəbə qəbul olunan başlıbelli tələbələri “Təşəkkürnamə” və simvolik hədiyyələrlə təltif edib. Sentyabrın 20-də “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində tələbələrin təltif edilməsi mərasimi keçirib.

Tədbirdə Birliyin üzvləri, tələbələr, valideynlər, müəllimlər, Başlıbel kəndindən olan ziyalılar, alimlər iştirak ediblər. Tədbir vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov Azərbaycanda təhsilin Prezident İlham Əliyevin və 1-ci vitse-Prezident Mehriban Əliyevanın xüsusi diqqətində olan sahələrdən olduğunu qeyd edib. Tələbələri və vaildeynləri təbrik edən Birliyin sədri Başlıbel kəndindən 27 abituriyentin ali məktəblərə qəbul olmasının böyük nəticə olduğundan danışıb. V.Həşimov başlıbelli gənclərin qəbulda əldə etdiyi nəticələrin sevindirici olduğunu bildirib. Bu münasibətlə tələbələri, vaildeynləri və müəllimləri təbrik edən Birliyin sədri deyib ki, ali məktəbə qəbul olunanların 21 nəfəri oğlanlar, 6 nəfəri qızlardır. Sonra Başlıbel kəndindən olan müəllimlər, müxtəlif universitetlərdə çalışan alimlər, ziyalılar, valideynlər çıxış ediblər. Ağsaqqal müəllimlərdən Əhliman Mirzəyev,  ziyalılardan dosent Qalib Əbdüləliyev, Səbuhi İsayev,  Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri   Ənvər Salahov və Bəhruz Səmədov,  Moderator.az saytının baş direktoru Əli Hüseynli, Birliyin sədr müavinləri Nurəddin Həşimov və Etibar Ağayev tələbələri təbrik edərək onlara tövsiyələrini veriblər. Başlıbel kəndinin ənənələrini daim qoruyub saxlamağın vacibliyini, dövlətimizin inkişafı üçün bundan sonra da təhsillərində daha ciddi nailiyyətləri əldə etməyin, ixtisaslarına mükəmməl yiyələnməyin zəruriliyini tələbələrin nəzərinə çatdıran natiqlər onlara uğurlar diləyiblər, həmçinin “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinə tələbələrə göstərdiyi diqqətə və təşkil etdikləri tədbirə görə təşəkkürlərini çatdırıblar. Valideynlərdən Qiyas Mamedov,  Yaşar Qasımov, Amil Həsənov, Səyyaf Məmmədov, Babək Əzimov bildiriblər ki, Birliyin və Başlıbelin nüfuzlu müəllimlərinin, alimlərinin diqqəti, tövsiyələri gənc tələbələrə əlavə stimuldur.

Sonra tələbələrə xüsusi “Təşəkkürnamə” və simvolik hədiyyələr təqdim olunub.

Moderator.az saytı bizlərə qürur hissi yaşadan tələbə adını qazanan gənclərin siyahısını təqdim edir:

1. Mamedov Elnur Qiyas oğlu-Əmək və Sosial münasibətlər Akademiyası, Marketinq 

2. Balacazadə Fəqan Namiq oğlu – Bakı Slavyan Universiteti, Tərcümə (Azərbaycan dili-çex dili)

3. Əmrəliyeva Zülfiyyə Zülfi qızı – Gəncə Dövlət Universiteti, Xarici dil müəllimliyi (ingilis dili üzrə)

4. Əzimov Fuad Şikar oğlu – İdman Akademiyası

5. Mehdizadə Jalə Ceyhun qızı – BDU, Hüquq fakültəsi

6. Salahova Fidan Elnur qızı – ATU, Tibb fakültəsi

7. Ağazadə Nicat Vüqar oğlu – Azərbaycan Texniki Universiteti, Xüsusi rabitə vasitələri mühəndisliyi

8. İsmayılzadə İlkin Aqil oğlu – Azərbaycan Dövlət Aqrar Universiteti, Meliorasiya mühəndisliyii

9. Əzizli Fatimə Müşfiq qızı – Bakı Mühəndislik Universiteti, Sənaye mühəndisliyi

10. Məmmədli Ülvi Nizaməddin oğlu – BMU, İnformasiya texnologiyaları (İnformasiya və kommunikasiya texnologiyaları) İNHA-dakı İnformasiya və kommunikasiya mühəndisliyi (Mühəndislik fakültəsi)

11. Əşrəfli Emil Elşad oğlu – ADNSU, Kimya Mühəndisliyi

12. Hüseynov Səid Amil oğlu – Memarlıq və İnşaat universiteti, İqtisadiyyat 

13. Kazımlı Orxan Natiq oğlu – ADNSU, İnformasiya texnologiyaları (tədris ingilis dilində)

14. Səmədzadə Ziya Zəfər oğlu – İdman Akademiyası, Ümumi fiziki hazırlıq 

15. Kazımlı Ayxan Xalid oğlu – ABŞ, Oklahoma Universiteti, kompüter elmi

16. Mirzəyev Fərid Bəhlul oğlu – Azərbaycan Dövlət Aqrar Universiteti, Aqro Mühəndislik ixtisası,Tədris türk dilində. Təhsilin müəyyən hissəsi Türkiyədə

17. Qasımzadə Sadiq Yaşar oğlu – Bakı Mühəndislik Universiteti, Mühasibat

18. Məmmədli Emin Səyyaf oğlu – Gəncə Dövlət Universiteti

19. Səmədzadə Nurlan Şaiq oğlu – UNEC, kompüter mühəndisliyi

20. Həmidov Nihad Teymur oğlu – Polis Akademiyası, Hüquqşünaslıq

21. Həşimli Ömər Elməddin oğlu – Mingəçevir Dövlət Universiteti, Turizm işinin təşkili

22. Rzazadə Fidan İqbal qızı – Azərbaycan Dövlət Aqrar Universiteti, Biznesin idarə edilməsi.

23.Rzazadə Rza İqbal oğlu – UNEC (Azərbaycan Dövlət İqtisad Univeristeti), Biznesin idarə edilməsi.

24. Əzimov Elşən Babək oğlu-Çin Xalq Respublikası, Jiangsu Universiteti, Beynəlxalq Çin dili müəllimi (Çin dilinin tədrisi).

25. Rzalı Nihad Fikrət oğlu-ADA Universiteti, Kompüter Mühəndisliyi (İngilis dilində).

26. Hüseynova Şahnaz Nazim qızı-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.

27.  Babayev Zaur Ceyhun oğlu-Milli Aviasiya Akademiyası, İqtisadiyyat.

28. Qasımov Məhəmməd Anar oğlu - Bakı Dövlət Universitetinin Qazax filialı

“Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi” tələbələri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Sentyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri