Icma.az
close
up
RU
“Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi yekunlaşdı FOTOLAR

“Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi yekunlaşdı FOTOLAR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi “Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi çərçivəsində 22 avqust 2025-ci il tarixində Saatlı rayon DAİM-in ofisində dəyirmi masa şəklində yekun tədbir keçirib.

"Cebheinfo.az" xəbər verir ki, layihə rəhbəri V. Quliyev tədbirin açılışını edərək iştirakçıları salamlayıb və layihənin məqsədləri barədə məlumat verib. Layihənin eksperti A. Adilov Sabirabad və Saatlı rayonlarının kəndlərində keçirilən seminarlar barədə tədbir iştirakçılarını məlumatlandırıb, fermerlərin səsləndirdiyi təklifləri müzakirə edərək izahını verib.

Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qərib Novruzlu da çıxış edib. O, müəllifi olduğu 19 növ taxıl sortu barədə məlumat verib. Alim qeyd edib ki, toxum istehsalı iki mərhələdən ibarətdir: ilkin toxumçuluq və sertifikatlı toxum istehsalı. Tədbir iştirakçılarına hər iki mərhələ haqqında geniş məlumat təqdim olunub.

Q. Novruzlu bildirib ki, yüksək məhsuldarlığın əldə olunması yalnız toxumdan asılı deyil. Məhsuldarlığa təsir edən əsas 14 faktor mövcuddur. Bunlara torpağın hazırlanması, qida rejiminin düzgün tənzimlənməsi, sortun düzgün seçilməsi, alaq və xəstəliklərlə mübarizə (əks halda məhsuldarlığın 50%-dək azalması mümkündür), suvarma və digər əlavə amillər daxildir. O, həmçinin Regional Aqrokimya Laboratoriyasının torpaq analizlərinin nəticələrinin fermerlər üçün əhəmiyyətini vurğulayıb və bu nəticələr əsasında hansı sortların əkilməsinin məqsədəuyğun olduğu barədə tövsiyələr verib.

Tədbirin sonunda ictimai birliyin rəhbərliyi kəndlərdə keçirilən görüşlərdə fermerlərin mövcud problemləri əsasında səsləndirdikləri təkliflərin nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq “Təkliflər paketi”nin hazırlanacağını bildirib.

İctimai Birliyin rəhbərliyi və əməkdaşları alim Qərib Novruzluya, DAİM rəhbərliyinə və tədbirdə iştirak edən fermerlərə təşəkkürlərini çatdırıblar.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri