Icma.az
close
up
RU
Başqa ölkənin istintaq hərəkətlərində iştirak etmək üçün həmin ölkənin istintaq orqanının icazəsi olmalıdır

Başqa ölkənin istintaq hərəkətlərində iştirak etmək üçün həmin ölkənin istintaq orqanının icazəsi olmalıdır

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri hər birimizi sarsıtdı. Hadisənin mənəvi-psixoloji ağırlığı o dərəcədə qabarıqdır ki, ölkəmizdə hər kəs onun təsiri altındadır. Həlak olanların hər birinə Uca Allahdan rəhmət, doğmalarına səbr diləyirəm. Təskinliyimiz ondadır ki, qəzanın ağırlığına baxmayaraq, 29 nəfər sağ qalıb. Yaralıların hər birinə şəfa diləyirəm.

Bu cür fövqəl hadisələr baş verərkən, vətəndaşın diqqəti daha çox iqtidar mənsublarına yönəlir, o, ilk növbədə, öz hakimiyyətindən umur və dövlətin hansı mövqedə olacağı, hansı addımları atacağı onu daha çox qayğılandırır. Vətəndaş təskinliyini məhz bu addımlarda tapır. Hadisədən sonra Azərbaycan cəmiyyəti bir daha əmin oldu ki, aidiyyəti dövlət qurumlarımız vətəndaşın yanındadır və Azərbaycan hakimiyyəti üçün insan taleyi siyasətin fövqündə dayanır. Prezident İlham Əliyev dekabrın 25-də – qəzanın baş verdiyi gün MDB Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa yola düşmüşdü. Hadisə barədə məlumat ona elə təyyarədə, Rusiyanın hava məkanında olarkən verilmişdi. Prezident səfərini dərhal təxirə saldı və Vətənə qayıtdı. Dövlətimizin başçısı bu qərarı ilə həm cəmiyyətimizə, həm də  həmkarlarına əyani şəkildə göstərdi ki, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, AZAL-a məxsus sərnişin təyyarəsində qəzaya uğramış insanların taleyi və onların doğmalarının hissləri Azərbaycan rəhbərliyi üçün bütün siyasi dividendlərdən öndədir. Cənab Prezident  Bakıya döndükdən dərhal sonra hava limanında keçirdiyi müşavirədə zəruri tapşırıqlarını verdi, elə həmin gün hadisənin səbəblərinin hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə Dövlət Komissiyasının yaradılması haqda Sərancam imzaladı, digər Sərəncamı ilə dekabrın 26-da ölkəmizdə matəm Günü elan etdi.

Baş vermiş hadisəyə ən ali səviyyədə bu qədər həssas yanaşılmasına, aidiyyəti dövlət qurumlarımızın dərhal Qazaxıstana ezam  edilməsinə, bütövlükdə dövlət aparatının çevik reaksiyasına baxmayaraq, təəssüf ki, xaricdəki bəzi dairələr və ölkəmizdə özündən başqa heç kimi müxalifət hesab etməyən radikal kəsimin ayrı-ayrı nümayəndələri növbəti dəfə hakimiyyətə qarşı kin-küdurət püskürməyə başladılar. Özlərini elə apardılar ki, guya bunlar aviasiya məsələləri üzrə “ən son və mötəbər” instansiyadır. Amma bəzilərinin hüquqi aspektlərlə bağlı açıqlamaları bir daha göstərdi ki, onlar siyasətlə yanaşı, bu sahədə də “piadadırlar”. Baxmayaraq ki, tez-tez sinələrinə döyərək hüquqşünas olmaları ilə öyünürlər. Biri dedi ki, “görürsünüz, Azərbaycan təmsilçilərini Qazaxıstanda istintaqa yaxın buraxmadılar”. Bir başqası dedi ki, “hadisə yerinə beynəlxalq komissiya buraxılmalıdır”, yaxud “Azərbaycan təmsilçiləri istintaq hərəkətlərində niyə iştirak etmir və biganəlik göstərirlər?” Hər şeyi etməyə çalışdılar ki, təki hakimiyyətin, dövlət orqanlarının gördüyü təxirəsalınmaz və olduqca məsuliyyətli addım və qərarlarına kölgə salsınlar, ictimai fikri zəhərləsinlər. Faktiki bu faciə üzərindən, zərərçəkən şəxslərin doğmalarının və bütövlükdə cəmiyyətimizin hissləri ilə oynamağa başladılar, ənənələrinə sadiq qalaraq bu dəfə də çirkin manipulyasiya yolunu seçdilər. Əslində isə hətta hüquq təhsili olan bəziləri nə qədər dayaz və hazırlıqsız olduqlarını nümayiş etdirdi. Çünki başqa ölkənin ərazisində baş vermiş hadisə ilə bağlı istintaq hərəkətlərində iştirak etmək, yaxud beynəlxalq komissiyanın cəlb olunması üçün həmin ölkənin istintaq orqanının prosessual qərarı, icazəsi olmalıdır. Bu isə yalnız o zaman baş verə bilər ki, xarici ölkənin cinayət-prosessual qanunvericiliyi buna imkan verir. Onu da nəzərə almadılar ki, bütün bu nüanslara baxmayaraq, aidiyyəti dövlət qurumlarımızın təmsilçiləri ilk saatlardan etibarən

Qazaxıstan ərazisində sübutların toplanması və onların əhatə dairəsinin müəyyən olunması işində iştirak etdilər. Bununla bağlı aparılan videoçəkilişlər dərhal ictimaiyyətlə paylaşıldı, hər kəs də əyani şəkildə onları gördü. Bir sözlə, xalqımız əmin oldu ki, umduğu və gözlədiyi qərarlar bütün səviyyələrdə dərhal verilir.

Təəssüf ki, bəziləri baş vermiş hadisə və onun səbəbləri üzərindən siyasi xal qazanmaq üçün hələ də iyrənc populizmlə məşğul olurlar. Halbuki hər birimiz elə etməliyik ki, Dövlət Komissiyasının və istintaq araşdırmalarının obyektiv nəticələri məlum olanadək, kimlərsə bizim ictimai şəkildə bildirdiyimiz fikirlərdə araşdırmaların nəticələrinə kölgə salmaq və sui-istifadə üçün bəhanə tapmasın. Heç kəsdə şübhə olmasın ki, gözlə görünən və görünməyən bütün sübutlar həm Dövlət Komissiyası, həm də istintaq tərəfindən obyektiv və şəffaf şəkildə araşdırılacaq, nəticələri barədə cəmiyyətə vaxtaşırı məlumat veriləcək. Bunun üçün ən ali səviyyədə siyasi iradə ortadadır və nə yaxşı ki, “qara qutu” ilə yanaşı qəzadan sağ çıxmiş şahidlər həyatdadır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri