Icma.az
close
up
RU
Yığmanın baş məşqçisi: “Nigar Mirzəliyevanın transferi Azərbaycan qadın futboluna baxışı dəyişəcək”

Yığmanın baş məşqçisi: “Nigar Mirzəliyevanın transferi Azərbaycan qadın futboluna baxışı dəyişəcək”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Nigar Mirzəliyevanın Almaniyanın “Hamburq” klubuna transferi ölkə futbolu üçün qürurverici haldır”.

Bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov yığmanın müdafiəçisi Nigar Mirzəliyevanın Almaniyanın “Hamburq” klubuna transferini şərh edərkən deyib.

O, yığmanın bəzi oyunçularının böyük liqalarda oynamaq potensialına sahib olduğunu bildirib.

“Mən bunu əvvəlki müsahibələrimdə də vurğulamışam ki, qadın futbol departamenti və federasiya olaraq qarşımıza qoyduğumuz əsas plan və strategiya məhz qızlarımızı daha güclü, qadın futbolunun inkişaf etdiyi liqalara yönləndirməkdir. İlk mərhələdə futbolçularımızı qonşu ölkələrə – Türkiyə, Rusiya və Qazaxıstana göndərdik. Şükürlər olsun ki, ikinci mərhələdə qarşıya qoyduğumuz məqsəd və strategiya çərçivəsində daha güclü ölkələrə keçid baş verdi. Bu baxımdan ilk addımı Nigar Mirzəliyeva atdı və mən düşünürəm ki, bu, həqiqətən də çox qürurverici bir haldır”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, Nigar Mirzəliyevanın “Hamburq”a keçidi Azərbaycan qadın futbolu haqqında formalaşmış fikirləri dəyişəcək:

“Daha da qürurverici olan məqam odur ki, Nigar Mirzəliyeva Mingəçevir futbol məktəbinin yetirməsidir. O, bu ölkənin torpaqlarından çıxmış bir azərbaycanlıdır və bu da bizim üçün xüsusi fəxrdir. Mən inanıram ki, Nigar Mirzəliyeva həmin ölkədə çox yaxşı işlər görəcək, Azərbaycan qadın futbolu haqqında formalaşmış fikirləri dəyişəcək. Bu son olmayacaq. Nigar Mirzəliyevanın göstərdiyi oyun və yanaşma nəticəsində düşünürəm ki, gələcəkdə daha bir neçə qızımız həmin ölkənin liqasında çıxış etmək imkanı qazanacaq. Onun ora keçidi qadın futbolunun inkişafı üçün çox önəmlidir. Düşünürəm ki, bu, bir mənalı olaraq yaxşıya doğru dəyişikliklər yaradacaq. Xüsusilə, qadın futbolunun milli komandanın son nəticələrindən sonra inkişaf etdiyi görünürdü. Belə transferlər və böyük ölkələrə gedən oyunçularımızın sayı artarsa və orada özlərini yaxşı tərəfdən göstərsələr, bu, birbaşa qadın futboluna müsbət təsir edəcək. Üstəlik, bu, aşağı yaş qruplarında da motivasiya yaradacaq. Daha çox gənc qızlarımız futbola diqqət ayıracaq və məşğul olacaq, bu isə bizim üçün çox önəmlidir. Nəticədə, həmin kütlədən maksimum sayda keyfiyyətli oyunçu çıxaracağıq”.

S.Əsgərov gələcəkdə yığmanın digər üzvlərinin də Almaniya ilə yanaşı, Fransa və İngiltərədə oynayacaqlarına ümid etdiyini deyib: “Milli komandanın digər üzvləri ilə bağlı da vəziyyət xoşdur. Dediyim kimi, federasiya və qadın futbolu departamenti olaraq çalışırıq ki, komandanın oyunçuları daha inkişaf etmiş ölkələrin liqalarında çıxış etsin”.

Qeyd edək ki, Nigar Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Yanvar 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri