Icma.az
close
up
RU
Başqalarına vəkillik edən 76 yaşlı hüquqşünasın əməlləri...

Başqalarına vəkillik edən 76 yaşlı hüquqşünasın əməlləri...

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

76 yaşlı hüquqşünas özü indi dələduzluğa görə cəzalandırılıb.

Bizimyol.info xəbər verir ki, 1994-cü ilə qədər Lənkəran rayon İcra şöbəsində məhkəmə icraçısı vəzifəsində işləmiş, daha sonra 2000-ci ilə qədər hüquqşünas-nümayəndə kimi məhkəmə proseslərində iştirak etmiş, hazırda pensiyada olan Zakir Rzayev onunla eyni rayondan olan Sayad Sayadovun cəzasının azaldılmasına söz verməklə onun ailəsindən 15 min manata yaxın pul alıb, dələduzluq etməkdə ittiham olunur.

Sayad Sayadov avtobus sürücüsü olub. O, 2022-ci ildə Lerik rayonundan Lənkərana qayıdarkən – adamları ziyarətgahdan gətirəndə Lerik-Lənkəran yolunda qəza baş verib. Hadisə nəticəsində 8 nəfər dünyasını dəyişib.

Sürücü Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Prokuror hökmdən protest verib və apellyasiya məhkəməsi cəzanı 1 il də artırıb. Sayad Sayadov apellyasiya məhkəməsindən sonra Ali Məhkəməyə şikayət edəndə onun ailə üzvləri kömək etməyə adam axtarıb. Bu zaman qohumlardan kimsə Zakir Rzayevi tapıb.

Zakir Rzayev bildirib ki, Ali Məhkəmədə tanışı var, onun vasitəsilə kömək edəcək. Danışandan sonra gəlib, Sayad Sayadovun oğlu Xalid Sayadova bildirib ki, cəzanın azaldılması üçün 15 min pul tələb olunur. O da bir hissəsini borc, bir hissəsini də kredit olmaqla, düzəldib, ona verib:

“Mən adını demək istəmədiyim tanış danışdım. Bakıda onunla bir məsələ ilə bağlı görüşmək istədiyimi dedim. Xalid gətirib pulu verdi. Puldan 2700 manatını artıq hissəsini gedib-gəlməyə və öz şəxsi ehtiyaclarıma xərclədim. 12 min manat götürüb, həmin tanışla görüşməyə getdim. Mənə bildirdi ki, cəzanın azaldılmasına köməklik edə bilməyəcək. 12 min manatı göstərdim, məbləği dedim. Lakin sahibinə qaytarmağı tövsiyə elədi. Qayıdıb Lənkərana gəldim. Evdə olanda baxdım ki, pul üstümdə yoxdur. Fikirləşdim ki, hardasa itirmişəm”.

Onun sözlərinə görə, zərərçəkmişdən ümumilikdə 14 min 700 manat pul alıb. Pulu qaytara bilmədiyinə görə, Xalidə atası haqqında qərarın qüvvədə qalmasını da deyə bilməyib. Xalid özü bundan xəbər tutanda onunla əlaqə saxlayıb, pulu tələb edib. O, müəyyən qədər vaxt istəyib. Bir müddət sonra puldan 4000 manat qaytarıb.

Zərərçəkmiş Xalid Sayadov məhkəmədə bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəzanın verilməsini tələb edir. Onun sözlərinə görə, Zakir Rzayev hələ də 10 min 700 manatını qaytarmayıb. Həmin məbləği bir neçə nəfərdən borc almışdı, bir hissəsini də kredit götürmüşdü ki, atasına kömək edə bilsin.

Məhkəmə isə Zakir Rzayevin yaşını, əməlindən peşman olmasını və s. nəzərə alıb, ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Bu müddətdə o, elektron qolbaqla hərəkət etməlidir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri