Icma.az
close
up
RU
Öz xoşbəxtliyini başqalarına sərf edən xanım...

Öz xoşbəxtliyini başqalarına sərf edən xanım...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Ədəbi-tənqidçi, professor Vaqif Yusifli onun haqqında yazır:

"Aida Adıgözəldən oxuduğum şeirlərin bir qismi məhz payıza bürünmüş – payızlaşmış xəzəlləşmiş duyğuların əksidir. İnsan ömrünün ekvator xəttinə çatanda təkliyə, tənhalığa alışır və payız fəsli yarpaqları saralmış, xəzəlləşmiş, küləkləşmiş, yağışlaşmış dərdi ilə ürəyə yol tapır. Və burada insanın payızlaşmağı təbii bir prosesə çevrilir. İnsan "İçində nə varsa, uçub dağılan, bütün xarabalığı, kədəri, qəmi… payız dərdini götürüb, beləcə ayrılır öz budağından”. Yox, payızı təkcə saralmış yarpaqlarıyla, xəzəliylə, dəli küləyiylə tanınmır, bəlkə, daha artıq düşüncə fəslidir, yəni insanın qışa doğru yol alan ömrünün ağıl, idrak, beyin məşqlərinin düşüncəyə tabe olmasıdır. Aida Adıgözəl- müasir şeirimizin bu kürdəmirli xanımı həyatın, gerçəkliyin, olumun və ölümün serenadalarını poetik lövhələrə çevirir, bəzən mənasızlıqda məna axtarır, peşmançılığın rəsmini çəkir, kölgələrin rəqsini, gedənlərin göynəyən yerini, ağlayan şəkilləri, yanan körpüləri düşüncə sferasına daxil edir.”

Haqqında söhbət açılan Aida Tərlan qızı Adıgözəl- 1971-ci il iyulun 20-də Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya gəlib. Orta təhsillidir, subaydır. AYB-nin üzvü, Prezident təqaüdçüsüdür, Üç şeir kitabının müəllifidir. On ilə yaxındır ki, dövrü mətbuatda çap olunur...

Professor Vaqif Yusifli daha sonra yazır: "Aida Adıgözəli sevgi şairi kimi də təqdim edərdim. Amma onun sevgi şeirlərində ənənəvi motivlərə ənənəvi qayıdış yoxdu, "ayrılıq-dar ağacı”, "həsrət seli”, "ölürəm səndən ötəri” etirafları səslənmir, təzadların və ayrılıqların mənbəyinə, mahiyyətinə çəkib aparan bir xətt var. Sevgini və sevgidən doğan təzadı, ayrılığı əksər şairlər, xüsusilə də, zərif cinsdən olan şairlər bəzən eyni tempdə, eyni ahəngdə təsvir edirlər. Aida Adıgözəldə isə bir qədər fərqlidir. Onun şair fərdiyyəti, özünəməxsusluğu barədə nə demək istərdim? Şairliyə aidiyyəti olan bir sıra əsas xüsusiyyətlər var ki, o, bunları qədərincə bilir və şeirlərində də apaydın göstərir. Birincisi və ən ümdəsi budur ki, Aida Adıgözəl vərdişlə şeir yazmır, şeir misra-misra, sətirbəsətir içinə, ruhuna köklənəndə yazır. Sadəcə, içini boşaltmaq "əməliyyatı” yox, içini bəyan etmək prosesi… İkincisi, Aida Adıgözəl metaforalarla işləməyi çox sevir. Bu gün metafora müasir şeirimizin qanına, canına hopub. Hərçənd ki, uğursuz cəhdlərlə də çox qarşılaşırıq. Aida Adıgözəl "ölmüş şeirlər”də sırf metafora yolu ilə gedir.”

Xoşbəxt olduğu zaman məntiqli, həssas, emosional və mehriban olur. O, həmçinin fədakar, istedadlı, bilikli, xeyriyyəçi və əyləncəli bir şəxsdir. Lakin, özünü yaxşı hiss etmədiyi vaxtlar pessimist və rəqabətçi ola bilər. O, ailə üzvü kimi dəyərli və xüsusi bir yerə sahibdir, çünki başqalarının xoşbəxtliyi üçün hər şeylərini qurban verə bilər. Çox mülayim və qayğıkeşdir, həmişə başqalarının rahatlığını özünkündən üstün tutaraq, öz xoşbəxtliyini başqalarına sərf edə bilir. O, kifayət qədər ağıllıdır və hadisələrə mühakimə yürütməyi sevmir. Mübahisələrə nifrət edir və sakit bir həyat tərzini üstün tutur. Bəzən qeyri-sabit və qərarsız ola bilər. Hisslərindəki ani dəyişikliklər ətrafındakılara güvənsizlik hissi yarada bilər. Onun çox mülayim və yaxşı dinləyici olması, amma "yox” deməkdə çətinlik çəkməsi, bəzən özünü qəzəbləndirməsinə səbəb olur. Utancaq olduğu üçün cəmiyyətdə fərqlənmək istəmir və əksər hallarda geri planda qalmağa üstünlük verir. Yarımçıq işlərlə maraqlanmır və gördüyü hər bir işi ən yaxşı şəkildə tamamlamağı xoşlayır. Tənqid olunmağı sevmir və səbirli, inadkar bir xarakterə sahibdir. Onun altıncı hissi çox güclüdür və həyatında qarşılaşdığı hər çətinlikdən, intuisiya ilə həll yolunu tapmağı bacarır...

Deyir ki:- "Bizdə bir söz var, gəlin ocağa çəkər. İndi anlayıram ki, mənim feyzbuk dostlarımın 89.9.7%-i iyul ayında doğulub xərçəng bürcünə məxsusdular. Əgər, o biri aylarda günə uzağı üç təbrik yazırdımsa, indi maşallah günə on təbrik yazıram, yenə də qutarmır. Sən demə, bu iyul ayı məhsuldar ayimiş. Sanki hamı istəyib ki, balası gözəl və zəki olsun, hesablarını buna görə götürüblər. Mənim bu ayda doğulmağıma, əkib bükdüklərinə səbəb olduqlarına görə, atama rəhmət, anama sağlıq diləyirəm. Yaxşı ki elə iyul balasıyam...”

Bəli, iyulun 20-si şair Aida Adıgözəlin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Sonda onun "Sənə” adlı bir şeirini sizə təqdim edərək, söhbətimi yekunlaşdırıram:

"Səndən bir şey istəyəcəm, 

amma söz ver, gülmə, gülmə. 

Arada yuxuna gəlim, 

sən də guya bilmə, bilmə.

Darıxanda mesaj yazsam, 

"oxunmayıb" oxun atsan, 

mən də cavabçın ağlasam, 

mesajımı silmə, silmə.

Bir gün eşitsən ölmüşəm,-

səndən izinsiz köçmüşəm,

xəbər göndər, - "incimisən", 

ağla, amma gəlmə, gəlmə.

Hər gün mənə şeirlər yaz, 

şəklimi sətirlərə qaz, 

hərdən çox yox, elə bir az, 

darıx, amma ölmə, ölmə...”

Hörmətlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri