Icma.az
close
up
RU
Həyat yoldaşınızın qüsurlarını başqalarına danışmayın!

Həyat yoldaşınızın qüsurlarını başqalarına danışmayın!

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Həyat yoldaşınızdan razı olmaya bilərsiniz. Hətta ailə həyatınızın uçuruma doğru getdiyini və bunda yalnız onun günahkar olduğunu da düşünə bilərsiniz. Ola bilər ki, öz fikrinizdə haqlı da ola bilərsiniz. Ancaq bu, heç də sizə onun qüsurlarını başqalarına danışmağa əsas vermir. Hətta xoş niyyətlə belə olsa, bu cür addımlar gec-tez ailədə ciddi çatların meydana gəlməsinə səbəb olur.
Təcrübələr göstərir ki, belə hallarda tərəflər çox vaxt bir-birilərini tənqid edirlər. Əlbəttə ki, tənqid etmək də, hər hansı bir məsələ ilə bağlı fikir bildirmək də olar. Ancaq bütün bunlarda ilk növbədə obyektivlik olmalıdır. Əgər obyektivlik yoxdursa, bu tənqidlər ittihamdan başqa bir şey deyil. Hər şeydən əvvəl həyat yoldaşınızda hər hansı bir qüsur müşahidə etdikdə tələsik qərar verməyə çalışmayın. İlk növbədə, bu qüsurun nə qədər real olub-olmadığını müəyyən edin. Çünki ola bilər ki, sizə üçün qüsur sayılan bir şey başqası üçün qüsur olmasın. Buna görə də, nə olur-olsun obyektiv olmağa çalışın.
Əgər bütün bunlara baxmayaraq, bir problem olduğunu düşünürsünüzsə, bu problemi həll etmək üçün yollar axtarın. Məsələn, bu qüsurları başqaları ilə müzakirə etmək əvəzinə bir mütəxəssisin məsləhətlərinə üstünlük verin. Beləliklə, həm məsələnin həlli üçün ilk addımı atmış, həm də ailə həyatınızı gələcək təhlükələrdən qorumuş olarsınız.
Bəs, bu cür təsadüfi məsləhətləşmələrin ailəyə nə kimi zərərləri var?
- İlk növbədə unutmayın ki, problemlərinizi bölüşdüyünüz adamlar sizi səhv istiqamətləndirə bilərlər. Beləliklə, elə ilk başlanğıcda səhv yola düşə və problemi daha da dərinləşdirə bilərsiniz.
- Həyat yoldaşınızın hüquqlarına hörmətsizlik etmiş olarsınız. Xüsusilə də, yoldaşınızdan xəbərsiz etdiyiniz bu hərəkət aranızda olan inamın itməsinə gətirib çıxara bilər.
- Hər görüşünüzdə sizdən “yeni xəbər” gözləyən rəfiqənizi darıxdırmamaq üçün yoldaşınızda yeni qüsurlar axtarmağa başlaya bilərsiniz. Ailədə meydana gələn bu soyuqluq həyat yoldaşınıza da sirayət edə bilər. Bu isə ailədaxili münasibətlərinizin daha da gərginləşməsinə səbəb olar.
Məhz bu səbəblərə görə, yoldaşınıza aid qüsurları başqalarına danışmayın. Məqsədiniz porblemin həllinə nail olmaq və ya yoldaşınıza kömək etməkdirsə, gecikmədən sizə kömək edə biləcək bir mütəxəssisə müraciət edin.
Aygün Vəliyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri