Icma.az
close
up
RU
“Başqalarından seçilməmək üçün valideyn olurlar” Psixoloqdan cəmiyyəti silkələyən AÇIQLAMA

“Başqalarından seçilməmək üçün valideyn olurlar” Psixoloqdan cəmiyyəti silkələyən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları olmayan körpənin dünyaya gəlməsi və anasının doğuşdan dərhal sonra övladından imtina etməsi cəmiyyətdə müzakirələrə səbəb olub.

Maraqlıdır, fiziki qüsur və ya xüsusi ehtiyacla doğulan uşaqların valideynlərinə övladından imtina qərarı verməzdən əvvəl peşəkar psixoloji dəstəyin göstərilməsi nə dərəcədə vacibdir?

Mövzu ilə Redaktor.az-a bağlı danışan klinik psixoloq Gülşən Rüstəmova bildirdi ki, insanların çox vaxt kifayət qədər önəm vermədiyi məsələlərdən biri valideyn olmağın məsuliyyətini, məntiqini, məqsədini və missiyasını dərk etməkdir.

"Təəssüflər olsun ki, valideyn olmaq nə deməkdir, valideyn olmağın mahiyyəti nədən ibarətdir – bu barədə kifayət qədər informasiyamız yoxdur. Çünki bizim üçün hazırkı vəziyyətdə və uzun illərdir dünyaya övlad gətirmək ictimaiyyətə uyğunlaşmaq, ətrafdakılardan seçilməmək, başqaları kimi olmaq, başqalarının etdiyini etmək və s. bu kimi anlayışlarla təzahür edir. Ona görə də zehnimizdə əslində valideyn olmağın əsası, məntiqi, özəyi və mahiyyəti haqqında kifayət qədər təsəvvür yoxdur. Bu, ana tərəfindən spontan şəkildə verilmiş bir qərar ola bilər. Yaxud hansısa şiddətdən – ailənin şiddətindən, ətrafın təzyiqindən və ya digər təsirlərdən dolayı ana qeyri-adekvat qərar qəbul etmiş ola bilər. Həmin anda onun psixologiyası ilə məşğul olmaq isə daha uzun vaxt və daha ciddi iş tələb edəcək".

Onun sözlərinə görə, bu məsələ ilə övlad hələ ana bətnində olan zaman məşğul olmaq lazımdır:

"Düşünürəm ki, belə nümunələri gizlətməməliyik. Belə halları açıq şəkildə insanlara, cəmiyyətə izah etməliyik ki, insanlar valideyn olmağın mahiyyətini anlasınlar və bunu şüurlu şəkildə həyata keçirsinlər. “Başqalarından seçilməmək üçün deyil, şüurlu şəkildə valideyn oluram” – bunu insanlar anlamalıdır. Ona görə də biz valideyn olmağa məsuliyyətlə yanaşmırıq. Yenə deyirəm, valideynlik dünyada ən vacib məqamlardan biridir. Mən dünyaya bir canlı insan gətirirəm və məqsədim, fikirlərim, missiyam, ümumiyyətlə, hansı səlahiyyəti, hansı formanı və hansı vacib məsuliyyəti daşıyacağım haqqında informasiyam olmur. Ona görə də bu məsələ barmaqarası yanaşılan bir məsələ kimi övlad dünyaya gətirilməzdən əvvəl, ana bətnində olan zaman müəyyən yoxlanışlardan keçmirik. Çünki hazırda texnologiya dövrüdür və demək olar ki, ana bətnindən başlayaraq müəyyən mərhələlərdə dünyaya gətirəcəyimiz və məsuliyyət daşıdığımız övladımız haqqında bir çox informasiyaya malik ola bilərik. Təəssüflər olsun ki, bunu etmirik, son məqama saxlayırıq. Ətrafdakılar da buna şiddətlə etiraz edirlər: “Ehtiyac yoxdur, biz də dünyaya uşaq gətirdik” və s".

Psixoloq qeyd etdi ki, dünyaya gətirilmiş uşaqda olan qüsurlar həm genetik faktorlardan, həm ətraf mühitin təsirindən, həm qidalanmadan, həm də digər bir sıra amillərdən asılıdır:

"Əgər bunlara düzgün əməl etmiriksə, deməli, sağlam uşağın dünyaya gəlmə ehtimalı aşağı düşür və bu yoxlanışlar zamanı həmin məsələlər bəlli olmalı idi. Çox güman ki, vaxtında, ana bətnində olan zaman, müdaxilənin mümkün olduğu mərhələdə insanlar bununla maraqlanmırlar və sonrakı məqama saxlayırlar. Biz insan olaraq bir övlad dünyaya gətirməyin mahiyyətini dərk etmirik. Bax, bədbəxtliyimiz buradadır. Əsl məqam budur ki, biz dünyaya övlad gətirməyin mahiyyətini dərk etmirik".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri