Icma.az
close
up
RU
Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? Psixoloqdan AÇIQLAMA

Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? Psixoloqdan AÇIQLAMA

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Son illərdə valideynlər arasında belə bir fikir formalaşıb:

“Küçədə daha çox vaxt keçirən uşaqlar daha çoxbilmiş və çevik olur”.

Bəs bu yanaşma doğrudurmu?

Ölkə.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Narınc Rüstəmova bildirib ki, uşaqların çöldə - küçədə, parkda və ya digər açıq məkanlarda vaxt keçirməsi onların sosial, emosional və intellektual inkişafına mühüm təsir göstərir:

“Küçədə oynayan uşaq dostları ilə münasibət qurmağı, paylaşmağı və empatiya hissini inkişaf etdirməyi öyrənir. Bu da onun gələcəkdə sosial adaptasiya bacarığını artırır”, - deyə o, bildirib.

Narınc Rüstəmovanın sözlərinə görə, uşaq nə qədər çox sosial ünsiyyətdə olarsa, problem həll etmə qabiliyyəti və həyat təcrübəsi də bir o qədər genişlənir. Küçə həyatında qarşılaşdığı situasiyalar uşağın düşünmə sürətini və çevikliyini artırır.

“Uşaq parkda və ya küçədə mikroblarla təmasda olur. Bu da immunsisteminin hansı virus və bakteriyalarla mübarizə aparmağı öyrənməsi üçün əsl məşq sayılır”,  - deyə psixoloq əlavə edib.

Mütəxəssis həmçinin mənfi tərəflərə də diqqət çəkib:

“Əgər uşaq düzgün dost çevrəsində deyilsə və ya küçə mühitində zorakılığa məruz qalırsa, bu onun psixoloji sağlamlığını riskə atır.  Son dövrlər uşaqlar, xüsusilə məktəblilər arasında bullinq halları artıb. Belə uşaqlarda özgüvənsizlik, aqressiv davranışlar, fobiya və depressiya əlamətləri meydana çıxır”.

Narınc Rüstəmova onu da vurğulayıb ki, zorakılığa və ya davamlı psixoloji təzyiqlərə məruz qalan uşaqlar bəzən bu davranış formasını normal hesab edib ətrafına eyni münasibəti göstərməyə başlayırlar:

“Belə hallarda uşaqda enurez, davranış pozuntusu, ünsiyyət çətinlikləri kimi hallar müşahidə edilə bilər. Uşaq şiddət və ya zorakılıqla üzləşəndə, hisslərini normal yollarla ifadə etməkdə çətinlik çəkir və bu emosiyaları daha sonra şiddətlə geri qaytarmağa meylli olur. Bu baxımdan peşəkar psixoloq dəstəyi vacibdir”, – deyə o, bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyul 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri