Basqaldakı köhnə məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa ediləcək
Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Basqaldakı köhnə məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa ediləcək.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-in Basqala ezam olunmuş müxbirinə Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
Onun sözlərinə görə, artıq binanın bərpa layihələndirilməsi tamamlanıb və növbəti illərdə tikinti işlərinə başlanılacaq: "Köhnə məktəb binasının layihəsi hazırdır. Bu bina məktəb funksiyasını davam etdirməyəcək. Onun yuxarı hissəsi 5–6 otaqlı guesthouse(qonaq evi), aşağı hissəsi isə sənətkarlar üçün emalatxana və sənətkarlıq məkanı kimi fəaliyyət göstərəcək".
Sədrin sözlərinə görə, yeni konsepsiya Basqalın tarixi-mədəni mühitinə uyğun olaraq müəyyən edilib və qəsəbədə sənətkarlığın inkişafına dəstək vermək məqsədi daşıyır: "Burada yaradılacaq sənətkarlıq məkanı həm yerli ustalar, həm də turistlər üçün açıq olacaq. Məqsəd həm ənənəvi sənətlərin qorunması, həm də qəsəbənin turizm potensialının artırılmasıdır".
O bildirib ki, bərpa zamanı binanın tarixi memarlıq xüsusiyyətləri maksimum dərəcədə saxlanılacaq və bütün işlər qoruq qaydalarına uyğun aparılacaq.
M.Ağabəyli əlavə edib ki, qəsəbədə ümumilikdə bərpa prosesi davam edir, tarixi strukturlar yenilənir, küçələr, divarlar və bulaqlar mərhələli şəkildə restavrasiya olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















