Icma.az
close
up
RU
Güney Azərbaycan yüksək risklə üz üzədir

Güney Azərbaycan yüksək risklə üz üzədir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda etiraz aksiyaları davam etsə də, Güney Azərbaycan hadisələrə səssizliyi ilə diqqət çəkir. Etirazların coğrafiyasına nəzər saldıqda aydın görünür ki, aksiyalar əsasən farsların yaşadığı vilayətlərdə intensiv xarakter alıb.

Güney Azərbaycanın proseslərə məhdud və ya passiv münasibəti, əslində təsadüfi deyil. Əvvəla, Güney Azərbaycan İran tarixində hər zaman siyasi proseslərin həlledici amili olub. Məsələn, 1906-cı il Məşrutə hərəkatından 1979-cu il İran İslam İnqilabına qədər demək olar ki, bütün böyük siyasi proseslərdə Güney Azərbaycan ön sırada yer alıb. Lakin paradoks ondadır ki, məhz bu həlledici rol nəticəsində ən ağır siyasi, mədəni və təhlükəsizlik zərbələri də bu bölgəyə dəyib. Yəni inqilablar başa çatdıqdan və mərkəzi hakimiyyət gücləndikdən sonra ilk təzyiq və repressiya dalğası adətən məhz həmin bölgəyə yönəlib. Bu tarixi təcrübə göstərir ki, Güney Azərbaycanda dərin kollektiv travma və siyasi ehtiyatlılıq formalaşdırıb.

Elə bu səbəbdən 1979-cu ildən sonra Güney Azərbaycan tədricən ümumiran miqyaslı proseslərə ya qatılmamaq, ya da yalnız məhdud səviyyədə iştirak etmək strategiyasını seçib.

Əslində bu, məqsədyönlü bir addım deyil. Özünü müdafiə refleksidir.

Birincisi, İran İslam İnqilabından sonrakı onilliklər göstərdi ki, ölkədə baş verən kütləvi etirazların heç biri real struktur dəyişikliyi ilə nəticələnməyib. Hakimiyyət dəyişmədiyi halda isə ən ağır bədəli yenə Güney Azərbaycan ödəyib.

İkincisi, Güney Azərbaycan hər zaman böyük bədəllər ödəsə də, İran siyasi sistemindən tamamilə kənarda da qalmayıb. Mərkəzi hakimiyyətin mahiyyət etibarilə fars-mərkəzçi xarakter daşımasına baxmayaraq, Güney Azərbaycandan olan müəyyən dini və siyasi fiqurlar iqtidar strukturlarında təmsil olunub. Bu amil bölgədə “tam kənarlaşdırılma” hissini qismən zəiflədir və açıq qarşıdurma motivasiyasını azaldır. Ona görə də, bu gün Güney Azərbaycan üçün risklər yüksək, potensial qazanc isə qeyri-müəyyən görünür.

Üçüncü və ən həlledici amil vahid siyasi vizyonun olmamasıdır. Güney Azərbaycanda İranın və bölgənin gələcəyi ilə bağlı ortaq strateji xətt formalaşmayıb. Mövcud mənzərə son dərəcə çoxparçalıdır. Məsələ ondadır ki, Güney Azərbaycanda bir qrup tam müstəqilliyi, digər qrup yüksək muxtariyyəti, bir qisim inzibati muxtariyyəti, digərləri isə mədəni muxtariyyəti müdafiə edir. Hətta ultra-millətçi mövqedən çıxış edərək bütün İranın “türk dövləti” olmasını istəyən marjinal yanaşmalar da mövcuddur. Bu ideoloji parçalanma kütləvi qərar verməni faktiki olaraq mümkünsüz edir.

Nəticədə Güney Azərbaycan üçün əsas vəziyyət “rejim dəyişməlidirmi?” yox, “dəyişiklik hansı formada və kimin xeyrinə olacaq?” sualı ətrafında cəmlənir. Bu suala aydın cavab olmadığı müddətdə bölgənin etirazlara ya laqeyd qalması, ya da simvolik iştirakla kifayətlənməsi təbii haldır.

Lakin Güney Azərbaycanın səssizliyi həm də çox riskli bir addımdır. Bu passivlik yalnız mövcud aksiyaların genişlənməsinə deyil, ümumilikdə İran siyasi sisteminin transformasiyasına da mane olur. Çünki İran tarixində heç bir fundamental dəyişiklik Güney Azərbaycanın fəal iştirakı olmadan baş verməyib. Bu mənada, Güney Azərbaycanın hazırkı proseslərdə səssiz görünməsi tarixi təcrübədən irəli gələn ehtiyatlı siyasi davranışdır. Lakin uzunmüddətli perspektivdə bu səssizlik nə Güney Azərbaycanın milli tələblərini irəli aparır, nə də İranın struktur böhranını həll edir. Əksinə, bu vəziyyət digər qüvələrin səslərini yüksətməsinə səbəb olur.

Məsələn, İranın keçmiş şahı Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvi yenidən aktivləşib. Bundan başqa, PJAKda aktivliyi ilə seçilir. Ən təhlükəli məsələ isə rejim dəyişiklikləri olmadan etirazların təkrarlanması və nəticəsiz qalmasıdır ki, bu da ölkəni xroniki qeyri-sabitlik mərhələsində saxlayır. Güney Azərbaycan hər şeydən öncə vahid ideologiya formalaşdırmalı, milli liderlər ətrafında birləşməlidir. Bu, riskləri azaldacağı kimi, Güney Azərbaycanın İranla bağlı qərarının nə olacağını da müəyyənləşdirəcək.

Turan RZAYEV


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Yanvar 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri