Başqasını günahlandırmaqla insan özünü qoruduğunu düşünür Psixoloq
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son dövrlər sosial şəbəkələrdə aktual olan məsələlərdən biri hansısa hadisədə ölən şəxslərin haqqında bilib-bilmədən yazılan rəylərdir. Biri qayaya çırpılıb ölür, onun ünvanına “yaxşı olub”, “layiq idi” deyilir, biri ailə üzvü tərəfindən öldürülür, “elə lazım olub”, “yaxşı olsa, öldürülməzdi” və s. kimi ifadələr işlədilir.
Bəs cəmiyyətimizdə bu qədər neqativ düşüncənin olmasının əsas səbəbi nədir?
Redaktor.az-a danışan psixoloq Nizami Orucov bildirdi ki, cəmiyyətin böyük hissəsi uzunmüddətli emosional yüklənmə və sosial ədalətsizlik içində yaşayır:
"İnsanlar öz həyatındakı qəzəbi və narazılığı sosial şəbəkədə başqalarının üzərinə yönəldirlər. Bu, bir növ daxili ağrının boşaldılması formasıdır. İkinci səbəb empatiya çatışmazlığıdır. Uşaqlıqdan duyğularla necə davranmağı öyrənməyən insan, başqasının acısına da biganə qalır. Üçüncüsü isə “mən olmaram” illüziyasıdır".
Psixoloqun sözlərinə görə, başqasını günahlandırmaqla insan özünü qoruduğunu düşünür.
"Sanki “yaxşı olsaydı, bu, baş verməzdi” deməklə özünü təhlükədən sığortalayır. Nəticə olaraq, bu reaksiyalar bir insanın ölümünə deyil, daha çox toplumun psixoloji halına işarədir. Həll yolu isə duyğu tərbiyəsi, empatiya bacarıqlarının artırılması və sağlam sosial münasibətlər qurmaqdan keçir", - deyə Nizami Orucov fikrini tamamladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















