İnsan niyə özünü yetersiz hiss edir? PSİXOLOQ
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Müasir dövrdə insanların qarşılaşdığı ən böyük problemlərdən biri yetersizlik hissi, gördükləri işdən məmnun qalmamaq və özlərini daim narahat hiss etmələridir. Düşünürəm ki, daxili narahatlıq həm insanın psixikası, həm psixoloji inkişafı, həm də ümumi həyat təcrübəsi ilə birbaşa əlaqəlidir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bəzən bu yetersizlik və narahatlıq hissi xaricdən gələn təsirlərlə də bağlı olur: "Sosial şəbəkələrdəki paylaşımlar, insanların dediyi sözlər, müqayisələr və cəmiyyətin yaratdığı gözləntilər insanın özünü qeyri-kafi hiss etməsinə səbəb ola bilir. Bu səbəbdən də insanın psixoloji vəziyyəti, özünü dərk etməsi və ətraf mühitlə münasibətləri diqqətlə araşdırılmalıdır.
Çox zaman insanlar öz arzuları ilə deyil, başqalarının onlar üçün müəyyən etdiyi məqsədlərlə yaşayırlar. Bir müddət sonra isə anlayırlar ki, getdikləri yol əslində onların istəyi deyil. Məhz bu məqamda daxili narahatlıq, boşluq hissi və özünü tapmamaq problemi yaranır.
Digər tərəfdən, bəzi hallarda insanın həyatında hər şey qaydasında olsa belə, həyəcan və təşviş pozuntuları onun özünü rahat hiss etməsinə mane olur. Bu vəziyyət insanın xarakteri, psixoloji durumu və bəzən də sonradan yaşadığı travmalarla bağlı ola bilər.
Ona görə də daxili narahatlıq və yetersizlik hissi sadəcə bir anlıq emosional vəziyyət deyil, insanın psixoloji sağlamlığı ilə əlaqəli daha dərin bir məsələ kimi qiymətləndirilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 22 May 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















