Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətəndaş Pərviz Babazadə başqasının törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrum edilib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Pərviz Babazadənin sözlərinə görə, bir müddət əvvəl Səxavət Bayramovdan günü 15 manata icarəyə avtomobil götürüb.
Taksi fəaliyyəti ilə məşğul olan Pərviz deyir ki, müştəri az olduğundan avtomobili geri qaytarıb. Amma həmin vaxt adına olan etibarnaməni ləğv etdirmək yadından çıxıb.
Onun sözlərinə görə, cərimələr dayanma və durma qaydasının pozulması və digər inzibati xətalara görədir. Bildirir ki, həmin cərimələrə görə sürücülük hüququ da məhdudlaşdırılıb.
Ekspertlər deyirlər ki, qanuna əsasən sonuncu etibarnamə Pərviz Babazadədə olduğu üçün törədilən inzibati xətaların cəriməsi ona gəlir.
Belə olduğu halda vətəndaş adına olan etibarnaməni ləğv etdirmək üçün məhkəməyə müraciət etməlidir. Daha sonra sübuta yetirilsə ki, həmin vaxt sükan arxasında Pərviz Babazadə olmayıb, cərimə məbləği avtomobilin əsl sahibinə yazılacaq.
Ətraflı süjetdə:
Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Mart 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















