Başqasının əsnəməsini görəndə niyə biz də əsnəyirik?
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə nevroloq Karolina Alvares "Metropoles" nəşrinə müsahibəsində bunun səbəblərini izah edib.
Onun sözlərinə görə, insan beyni başqa birinin əsnədiyini müşahidə etdikdə həmin hərəkəti daxildə təqlid edir və bu da insanın özünün də əsnəməsi ehtimalını artırır.
Həkim qeyd edib ki, bu, qeyri-iradi bir prosesdir və yoluxucu gülüş və ya kiminsə qaşındığını gördükdə özündə də qaşınma hissinin yaranması kimi hallarda da müşahidə olunur.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, bu hadisə beynin sosial idrak, hərəkətlərin qavranılması və emosiyaların emalı ilə əlaqəli sahələrini əhatə edir.
Həkim əlavə edib ki, başqasının əsnəməsinə həssaslıq yaşdan, diqqətin cəmlənmə səviyyəsindən, həmin insanla olan emosional bağlılıqdan və sinir şəbəkələrindəki fərdi fərqlərdən asılıdır.
Həmidə İbrahimova
Baxış sayı:106
Bu xəbər 03 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















