Icma.az
close
up
RU
Biz niyə və necə əsnəyirik?

Biz niyə və necə əsnəyirik?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İnsan orta hesabla gün ərzində 7-23 dəfə əsnəyir. Perm Politexnik Universitetinin alimləri bu zaman orqanizmdə nələrin baş verdiyini, kimlərə “yoluxucu” əsnəmənin təsir etmədiyini, onun stres, başağrısı, yuxululuq və cansıxıcılıq kimi hallarda necə dəyişdiyini və əsnəmə ilə oksigen çatışmazlığı və bədənin istilik tənzimlənməsi arasında əlaqənin niyə ikinci dərəcəli olduğunu izah ediblər.

Əsnəmə yüksək sinir fəaliyyətinin bir çox mərkəzlərini işə salan mürəkkəb neyrofizioloji aktdır. Tibb elmləri namizədi, Kimya və biotexnologiya kafedrasının aparıcı elmi işçisi Valeri Litvinovun sözlərinə görə, mərkəzi sinir sistemində tormozlayıcı proseslər yığıldıqda, dopamin neyronları aktivləşir və bu siqnal beyin kötüyündəki tənəffüs mərkəzinə ötürülür. Nəticədə xarakterik zəncirvari proses baş verir: dərin nəfəsalma, diafraqma və qabırğaarası əzələlərin yığılması, nəfəsin 2–5 saniyəlik saxlanılması, boyun və üz əzələlərinin gərilməsi, sonra isə güclü nəfəsvermə.

Son olaraq nəfəs alarkən havanın həcmi normaldan 4 dəfə çox artır, bu da qanda oksigen səviyyəsini müvəqqəti yüksəldir. Əzələlərin gərilməsi isə ürəyə daha çox qan axını təmin edir, ürək döyüntülərinin sayını və nasoslanan qanın həcmini 20–25 faiz artırır. Bu mexanizm orqanizmin “iş rejimini” incə şəkildə tənzimləyir. Yayılmış fikrin əksinə olaraq, elmi tədqiqatlar göstərib ki, qandakı oksigen və ya karbon qazı səviyyəsinin dəyişməsi əsnəməyə təsir etmir.

Litvinov bildirir ki, havasız mühitdə əsnəmək havanın tərkibi ilə deyil, oyanıqlıq səviyyəsinin dəyişməsi ilə bağlıdır. Havasızlıq insanı yuxulu və diqqətsiz edə bilər, bu da əsnəməni müvəqqəti aktivləşmə mexanizmi kimi işə salır. Əgər insan aktiv qalırsa, bu reaksiya baş verməyə də bilər. Yəni əsas amil oksigen çatışmazlığı deyil, mərkəzi sinir sisteminin funksional vəziyyətidir.

Koqnitiv-psixoloq Yuliya Neverovanın sözlərinə görə, “yoluxucu” əsnəmə güzgü neyronlarının fəaliyyətinə əsaslanır. Bu neyronlar həm hərəkəti yerinə yetirərkən, həm də başqasının eyni hərəkətini izləyərkən aktivləşir. Onlar təqlid və empatiya qabiliyyətinin əsasını təşkil edir. Əsnəməni daha çox yaxın dostdan və ya ailə üzvündən “yoluxmaq” ehtimalı var, çünki emosional bağ güzgü neyronlarının reaksiyasını gücləndirir. Bu hal “empatik əsnəmə” adlanır. Autizmli insanlar isə çox zaman bu effekti göstərmirlər, çünki üz ifadələrini tanımaq və empatiya qurmaq qabiliyyətləri zəif ola bilər.

Cansıxıcılıq psixoloji aktivliyin azalması ilə bağlıdır. Bu zaman sinir sistemində tormozlayıcı proseslər güclənir və əsnəmə mexanizmi işə düşür. Dopamin ifrazı beyni “təmizləyir”, diqqəti artırır və insana qısamüddətli “aydınlıq” hissi verir. İmtahan və ya çıxış öncəsi əsnəmə sinir sisteminin gərginliyini azaltmaq məqsədi daşıyır. Bu zaman dopamin yerinə serotonin ifraz olunur, o da əzələləri boşaldır və sakitləşdirici təsir göstərir. Axşam əsnəməsi də eyni mexanizmlə baş verir – orqanizmi yuxuya hazırlayır. Bəzi mülahizələrə görə, əsnəmə beyni soyutmağa kömək edir, lakin bu, əsas yox, əlavə mexanizmdir. Əsas məqsəd sinir sisteminin aktivlik səviyyələrini tənzimləməkdir.

Əsnəyərkən üz əzələlərinin gərilməsi göz yaşı vəzilərini stimullaşdırır, eyni zamanda, axar kanallar sıxılır. Nəticədə, maye yığılır və göz yaşları yanaqlara axır. Miqren və ya gərginlik zamanı beyin kötüyündəki tənəffüs mərkəzi qıcıqlanır, əsnəmə isə bu balanssızlığı bərpa edir – spazmı azaldır, qan dövranını yaxşılaşdırır, ağrını yüngülləşdirir. İnsan iradə ilə əsnəməni bir qədər ləngidə bilər, lakin tam dayandıra bilməz. Bu refleks dərin beyin strukturları tərəfindən idarə olunur və şüurdan asılı deyil. Buna görə əsnəmə adətən qəfil və qeyri-ixtiyari şəkildə baş verir.

Bir sözlə, əsnəmə – orqanizmin sinir sistemindəki disbalansa cavab olaraq işə düşən, oyanıqlıq səviyyəsini tənzimləyən mürəkkəb və zəruri mexanizmdir.

Hazırladı:
S.ELAY
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri