Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Başqasının evində qalan qazini niyə Ev növbəsinə yazmırlar?

Başqasının evində qalan qazini niyə Ev növbəsinə yazmırlar?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsi iştirakçısı, Şərur rayonu, Danyeri kənd sakini Bəhruz İbrahimov mənzil növbəsinə götürülmədiyini deyir.

“Qafqazinfo”ya növbəti dəfə müraciət edən 3-cü qrup əlil B. İbrahimovun sözlərinə görə, ona növbəyə götürülməməsi ilə əlaqədar tutarsız səbəb göstərilib.

Qazi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - Günnüt əməliyyatı, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edib: “Hazırda ailəmlə birgə qardaşımın evində ağır sosial şəraitdə yaşayırıq. İki azyaşlı övladım var və işsizəm. Adıma nə ev, nə də torpaq sahəsi mövcuddur. Həm mən, həm də həyat yoldaşım torpaq şöbəsindən adımıza heç bir torpaq sahəsinin olmadığına dair arayışları rəsmi olaraq təqdim etmişik. Son müraciətim əsasında Şərur Rayon İcra Hakimiyyətinin mənzil komissiyası yaşadığım ünvanda baxış keçirib, lakin təqdim etdikləri rəsmi cavabda mənzil növbəsinə götürülməyim məqsədəuyğun hesab edilməyib. Buna səbəb kimi yaşadığım evin qardaşımın adına olması göstərilib. Halbuki həmin ev mənim mülkiyyətim deyil”.

37 yaşlı qazinin sözlərinə görə, orada məcburiyyətdən yaşayırlar: “Qardaşım subaydır, hazırda onun evində qalırıq. Əslində qardaşım o evi alandan hələ də öz adına rəsmiləşdirməyib. Necə olur ki, mənim adıma heç bir mənzil, mülk olmadığı halda ev növbəsinə görə imtina gəlir?! Qazi kimi heç bir mənzil təminatı almamışam. Sadəcə müavinət və Prezident təqaüdü ilə təmin edilirəm. Atam 2-ci qrup əlildir, anam da xəstədir. Evimin olmaması ağır sosial vəziyyətimi daha da çətinləşdirir”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza belə cavab aldıq: “Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, həmçinin Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil və ya fərdi evlə təmin edilirlər. 

Qeyd edilənlərə əsasən, B. İbrahimov ilk növbədə yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən uçota alınmalıdır. Müvafiq qaydada uçota alındıqdan sonra mənzillə təmin olunması ilə bağlı məsələyə növbəlilik qaydasında baxılacaq”.

Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, İbrahimov Bəhruz tərəfindən Şərur Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasina müraciət daxil olub: “Bu səbəblə onun evinə baxış keçirilib. Lakin baxış zamanı evin kimə aid olmasına dair təzadlar yaranıb. Bəhruz Əli oğlu İbrahimov yaşadığı evin qardaşına məxsus olduğunu bildirsə də, hər hansı sənəd təqdim edilməyib. Vətəndaş bundan öncə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Sosial Xidmətlər Agentliyinə də müraciət edib. Bu zaman o qeyd edib ki, Danyeri kəndində evi var, özünə məxsusdur və sosial durumu aşağı olduğu üçün bir otağın təmir olunmasını istəyir.

Qurumun çıxartdığı qərar isə o oldu ki, Bəhruz İbrahimov müvafiq qurumlara düzgün məlumat vermir. Cənab Prezident İlham Əliyevin 2449 nömrəli Sərəncamında qeyd olunub ki, mənzilə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna alınsın. 

Mənzil Komissiyası bu halda ehtiyacı müəyyən edə bilmir. Bu barədə vətəndaşın özünə də məlumat verilib. Ev Bəhruz İbrahimovun qardaşınındırsa, bu, sənədləşdirilməlidir”.

Xatırladaq ki, Bəhruz İbrahimov daha öncə də saytımıza sosial vəziyyəti ilə bağlı müraciət etmişdi.

Fidan Etibar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri