Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Son dövrlərdə texnoloji inkişaf və qlobal ekoloji çağırışlar enerji mənbələrinə yanaşmanı köklü şəkildə dəyişib. Ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinə keçid kimi qlobal tələblər, həmçinin innovativ texnologiyaların sürətlə inkişafı ənənəvi enerji və nəqliyyat sistemlərinin formalaşmış strukturlarını yenidən nəzərdən keçirməyi tələb edir. Xüsusilə nəqliyyat və elektronika sahəsində elektrik enerjisinə əsaslanan həllərin geniş yayılması, enerji istifadəsinin daha səmərəli və ekoloji cəhətdən təmiz formada təşkil olunmasını təmin etməklə yanaşı, batareyaların əhəmiyyətini də xeyli artırıb. İndi onlar yalnız enerji saxlama vasitəsi deyil, həm də müasir texnologiyaların işləməsi üçün zəruri inqrediyentə çevrilib.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli "Azərtac"a açıqlamasında bildirib ki, son illərdə baş verən proseslər nəticəsində elektrik mühərrikli avtomobillər, smartfonlar və digər əşyalar batareya vasitəsilə işləyir.
“Xüsusən də yaşıl iqtisadiyyat konsepsiyası, bərpaolunan iqtisadiyyata keçid, ətraf mühitin çirkləndirilməməsi məsələləri elektrik və hibrid mühərrikli avtomobillərə marağı artırıb və batareyalar bu prosesdə ciddi sürətdə əsas inqrediyent rolunu oynayır. Məsələn, avtomobillərin əsas, bahalı hissələrindən biri akkumulyatorudur, hansı ki, elektrik mühərrikini saxlayır. Azərbaycan batareya istehsal etmədiyi üçün xaricdən idxal edir”, - deyə ekspert bildirib.
X.Kərimlinin sözlərinə görə, zaman irəlilədikcə batareya məsələləri kritik vəziyyətə çevrilir:
“Dünyada nadir metalların aktuallaşma səbəbi də çiplərin və batareyaların istehsalında mühüm rol oynamasından qaynaqlanır. Batareyalar da müasir avtomobil və smartfonların əsas inqrediyentlərindən biri olduğu üçün xüsusi strateji əhəmiyyətli məhsula çevrilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 Dekabr 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















