Batma təhlükəsi ilə üzləşən 69 yaşlı kişi xilas edildi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaş batma təhlükəsi ilə üzləşib.
Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Sadiq Qubad oğlu Quliyev dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Bu mövzuda digər xəbərlər:Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edildi VİDEO
17 İyul 2025 18:45
Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi
09 Aprel 2026 22:22
Batma təhlükəsi ilə üzləşən şəxs belə xilas edildi VİDEO
07 Dekabr 2025 23:28
Çayda batma təhlükəsi ilə üzləşən 23 yaşlı oğlan xilas edildi VİDEO
29 İyul 2026 09:39
Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu
15 İyul 2025 00:50
Baxış sayı:175
Bu xəbər 21 İyul 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















