Batumidə yaşayan soydaşlarımızın uşaqları Azərbaycan dili və tarixini öyrənirlər AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 14 dekabr, AZƏRTAC
Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov və konsulluğun əməkdaşları şəhərdə yaşayan soydaşlarımızın uşaqlarına doğma dilimizi və tariximizi öyrətmək məqsədilə yaradılan “Bazar günü“ məktəbinin fəaliyyəti, tədris metodikası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Baş konsul F.Əzizov Azərbaycan Prezidentinin ölkəmizdən kənarda yaşayan soydaşlarımıza göstərdiyi yüksək diqqətdən və dövlət qayğısından bəhs edib. Məktəbin müəllimi Aynurə Quluzadə isə təlimlərdə iştirak edən uşaqların Azərbaycan dili, tarixi və mədəniyyətinə böyük maraq göstərdiklərini qeyd edib.O, uşaqların qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ana dilimizdə şeir və nəğmələr hazırladıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, “Bazar günü” məktəbi Azərbaycanın Batumidəki Baş Konsulluğunun dəstəyi ilə açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:329
Bu xəbər 14 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















