Icma.az
close
up
RU
“Bavariya” bu dəfə sürprizə imkan vermədi

“Bavariya” bu dəfə sürprizə imkan vermədi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bundesliqada tur iddialılar üçün uğurlu alındı.

Son səfər oyununda gözlənilmədən Münhendə “Bavariya”nı üstələyən “Bohum”un Leverkuzendə eyni məharəti göstərməyə gücü çatmadı. Son 2 turda cəmi 1 xal qazanan “Bavariya” üçün “Sankt Pauli” ilə ev oyunu asan gəzinti olmadı. Amma bu dəfə sürprizsiz ötüşdü. Qonaqlar sona qədər təslim olmaq istəməsələr də, Münhendən xalsız ayrılmalı oldular.
Tura 3-cü pillədə daxil olan “Maynts-05” Dortmunda iddialı yollansa da, xal qazana bilmədi. “Karnavalçılar”ın budesliqada 6 oyunluq məğlubiyyətsiz seriyasına son qoyuldu. “Leyptsiq” mövsümdə növbəti zəif oyununu keçirərək Münhenqladbaxda minimal hesabla uduzdu. Bu məğlubiyyət rəhbərliyin səbrini daşırdı və 2022-nin sentyabrından baş məşqçi kimi çalışan Marko Roze istefaya göndərildi. Mövsümün sonuna qədər bu vəzifəyə Jolt Lev gətirilib. Maraqlıdı ki, 45 yaşlı macarıstanlı mütəxəssis buna qədər heç vaxt baş məşqçi kimi çalışmayıb. Son 4 turda 3-cü qələbəsini qazanan Münhenqladbax “Borussiya”sı artıq 5-ci pillədədi! “Frayburq”un evdə “Union”a, “Volfsburq”un isə “Haydenhaym”a uduzması gözlənilməz oldu.
“Verder” səfərdə autsayder “Holştayn”ı darmadağın etdisə, “Auqsburq”un həm qələbə, həm də qol buraxmamaq seriyası “Hoffenhaym”la səfər oyununda qırıldı. Qonaqların qapıçısı Damen 71-ci dəqiqədə Kramariçin penaltisinin qarşısını kəsə bilmədi. Son 6 turda qol buraxmayan bu qapıçının seriyası 684-cü dəqiqədə qırıldı. Bununla belə? Damen bundesliqada ardıcıl 11 saat qol buraxmayan 5 qapıçıdan biri kimi turnirin tarixinə düşdü.
27-ci tur
Bavariya – Sankt Pauli 3:2

Keyn, 17. Sane, 53; 71 – Saad, 27. Ritska, 90+3. (75000)
Bavariya: Urbiq, Laymer (Stanişiç, 85), Dayer, Kim Min Ce, Gerreyro (İto, 58), Kimmix, Qoretska (Palyinya, 46), Olise, Musiala (Qnabri, 78), Sane, Keyn (Müller, 85).
Bayеr-04 – Bohum 3:1
Qarsiya, 20. Bonifeys, 60. Adli, 87 – Passlak, 26. (30210)
Bayer-04: Qradetski, Frimponq (Artur, 89), Mukiele, Ta, İnkapye, Qrimaldo, Qarsiya, Caka, Palasios (Andrix, 90+3), Bonifeys (Buendiya, 89), Şik (Adli, 71).
Borussiya D – Maynts-05 3:1
Bayer, 39; 72. Əmrə Can, 42 – Nebel, 76. (81365)
Borussiya: Kobel, Kouto (Svensson, 62), Anton (Bensebayni, 90+3), Əmrə Can, Şlotterbek, Ryuyerson, Salih Özcan (Zyule, 79), Qross, Brandt (Çukvuemeka, 79), Adeyemi (Gittens, 90), Bayer.
Borussiya M – Leyptsiq 1:0
Plea, 56. (52358)
Leyptsiq: Vandevoortd, Baku (Nedelkoviç, 65), Klostermann (Qomis, 83), Orban, Bitşiabu (Lukeba, 77), Raum, Aydara (Şeşko, 64), Zayvald, Simons, Baumqartner, Openda (Poulsen, 86).
Ayntraxt F – Ştutqart 1:0
Götse, 70. (58000)
Ayntraxt: Santos, Kristensen, Kox, Teate (Amenda, 87), Braun, Larsson (Höylunn, 81), Tuta (Skiri, 81), Knauff (Kollins, 25), Götse, Bahoya (Çaibi, 87), Ekitike.
Frayburq – Union 1:2
Höler, 29 – Xedira, 30. İliç, 48. (34000)
Volfsburq – Haydenhaym 0:1
Piringer, 16-p. (21545)
Holştayn – Verder 0:3
Dukş, 25. Aqu, 59. Qrüll, 90+3. (15034)
Hoffеnhaym – Auqsburq 1:1
Kramariç, 71-p. – Essende, 46. (21427)
1. Bavariya 27 20 5 2 78-26 65
2. Bayer-04 27 17 8 2 62-34 59
3. Ayntraxt F 27 14 6 7 55-40 48
4. Maynts-05 27 13 6 8 45-31 45
5. Borussiya M 27 13 4 10 44-40 43
6. Leyptsiq 27 11 9 7 41-34 42
7. Frayburq 27 12 6 9 37-40 42
8. Auqsburq 27 10 9 8 30-36 39
9. Volfsburq 27 10 8 9 49-41 38
10. Borussiya D 27 11 5 11 48-42 38
11. Ştutqart 27 10 7 10 47-44 37
12. Verder 27 10 6 11 43-53 36
13. Union 27 8 6 13 25-40 30
14. Hoffenhyaym 27 6 9 12 33-49 27
15. Sankt Pauli 27 7 4 16 22-33 25
16. Haydenhaym 27 6 4 17 32-52 22
17. Bohum 27 5 5 17 28-55 20
18. Holştayn 27 4 5 18 38-67 17
Bombardirlər: Keyn (Bavariya) – 22, Şik (Bayer-04) – 17, Marmuş (Ayntraxt F), Burkardt (Maynts-05), Klayndinst (Borussiya M) – 15.
Növbəti turun oyunları aprelin 4-6-sı araığında keçiriləcək: Auqsburq – Bavariya, Bohum – Ştutqart, Frayburq – Borussiya D, Leyptsiq – Hoffеnhaym, Haydenhaym – Bayеr-04, Maynts-05 – Holştayn, Sankt Pauli – Borussiya M, Union – Volfsburq, Verder – Ayntraxt F.
Turun rəqəmi
19 – “Sankt Pauli”yə ilk dövrədə qol vura bilməyən Keyn bu dəfə debütantı erkən məyus etdi. Bununla da o, bundesliqada qarşılaşdığı 19-cu rəqibin də qapısına yol tapmış oldu. Yəni bu turnirdə Keynin rəqib olub qol vurmadığı komanda qalmayıb! Bundesliqa tarixində yalnız Kloze bundan daha çox (28) klubla qarşılaşmağı və onların hamısının qapısına yol tapmağı bacarıb.
Turun ulduzu
Leroy Sane (Bavariya) – 29 yaşlı vinger bu tur komandası üçün çox vacib qollar vurdu. Münhen nəhəngi məhz bu qolların sayəsində ardıcıl 3-cü xal itkisindən qurtuldu. Almaniyada 5-ci mövsümünü keçirən Sane ümumilikdə bundesliqada 146-cı oyunda 4-cü dəfə dubl etdi. Yeri gəlmişkən, o bu mövsüm bundesliqada qollarının sayını 9-a çatdırmaqla şəxsi rekordunu yenilədi. Əvvəlki mövsümlərdə o, maksimum 8 qol vurmuşdu.
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Sankt Pauli” yaxşı müdafiə olunan və rəqibə boş zona verməyən komandalardandı. Ona görə də matçın istənilən axarına özümüzü hazırlamışdıq. Hətta uzun müddət qol vura bilməyəcəyimizi də nəzərdən keçirmişdik. Yəni oyunçularıma 90 dəqiqə ərzində konsentrasiyanı itirməməyi tapşırmışdım. Son 5-6 dəqiqəni və İtonun zədələnərək bir neçə aylığa sıradan çıxmasını nəzərə almasaq, oyundan razı qaldım. Çempionluğa bir oyun da yaxınlaşdıq. Amma hələ 7 oyunda da qalib gəlməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri