Icma.az
close
up
RU
“Bavariya” fərqin azalmasına imkan vermədi

“Bavariya” fərqin azalmasına imkan vermədi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tur “Frayburq”un “Verder”i “kötəkləməsi” ilə start götürdü. Əslində belə nəticəni gözləmək olardı. Çünki bir tərəf yüksəlişdə, digər tərəf enişdə idi. “Frayburq” ardıcıl 4-cü “quru”qələbəsini qazandı və nəhayət, çoxdan layiq olduğu 4-cü pilləyə yüksəldi!

"Football-plus.az" xəbər verir ki, “Volfsburq” evdə autsayder “Bohum”la bacara bilmədi. “Maynts-05” isə “Sankt Pauli” ilə ev matçında sürprizə imkan vermədi. Oktyabrdan bəri evdə uduzmayan “karnavalçılar” debütantı iki cavabsız qolla məğlub etdi.
Günün əsas sürprizi Münhenqladbaxda qeydə alındı. “Borussiya” evdə “Auqsburq” önündə darmadağın oldu. “Auqsburq” 2025-ci ildə bundesliqada keçirdiyi 5-ci səfər oyununda da uduzmadı (3 qələbə, 2 heç-heçə)! “Bayer-04” bu tur ciddi müqavimətlə üzləşmədi. Son çempion səfərdə “Holştayn”ın qapısına 2 cavabsız qol vurdu. Debütantın ilk dövrədəki qəhrəmanlığı təkrarlamağa gücü çatmadı. Həmin oyunda da Xabi Alonsonun komandası 2 topluq üstünlük yaxalamışdı. Amma “Holştayn” sonda 1 xal qazanmağı bacarmışdı.
Yeri gəlmişkən, Virts bu mövsüm bundesliqada 10-cu məhsuldar ötürməsini verdi. Ötən mövsüm isə o, 11 belə ötürmə vermişdi. “Böyük beşlik”də son iki mövsümün hər birində Virtsdən başqa məhsuldar ötürmə baxımından ikirəqəmli həddə çatan yeganə futbolçu “Liverpul”lu Salahdı. ÇL-dən fərqli daxili birincilikdə çox zəif təsir bağışlayan və son 6 turda cəmi 1 qələbəsi olan Dortmund “Borussiya”sı “Union”u meydandan silib-süpürdü. Oyun Girassi ilə Qrossun benefisinə çevrildi. Birinci hesabına 4 qol, ikinci isə 4 məhsuldar ötürmə yazdı! Amma “arılar” hələ də “ÇL zonası”ndan uzaqdı.
Tura bazar günü keçirilən üç qarşılaşma ilə yekun vuruldu. “Leyptsiq” Marko Roze ilə belə desək, əziyyət çəkməkdə davam edir. Son 6 turda cəmi 1 qələbəsi olan “öküzlər” bu dəfə iddiasız “Haydenhaym”la ev oyununda artıq ilk 13 dəqiqəyə 2 top buraxdılar. Halbuki “Haydenhaym”ın sentyabrdan bəri səfər qələbəsi yox idi. Düzdü, komandanın bu uğursuz seriyası yenə davam etdi. Çünki qalan müddətdə meydan sahibləri 2 qol vuraraq məğlubiyyətdən qurtulmağı bacardılar. Amma bu nəticəni onlar üçün uğur saymaq çətindi. “Leyptsiq” “ÇL zonası”ndan uzaqlaşaraq 6-cı pilləyə gerilədi. “Hoffenhaym”la “Ştutqart”ın oyununda qalib müəyyənləşmədi.
Turun mərkəzi oyununda “Bavariya” “Ayntraxt”ı qəbul etdi. Frankfurt təmsilçisi bundesliqada son 4 oyunun 3-də Münhen nəhəngindən xal almağı bacarmışdı. Elə bu dəfə də “qartallar”ın ən azı 1 xala iddia etməyə haqqı çatırdı. Komanda tura 3-cü pillədə daxil olmuşdu. Üstəlik Keyn də zədə üzündən start heyətində yox idi. Amma “Ayntraxt” güclü rəqibə yalnız bir hissə müqavimət göstərə bildi. Komanda fasilə ərəfəsində buraxdığı qoldan sonra psixoloji cəhətdən sındı.
“Rekordmayster” hətta Keynin qolları olmadan da rəqibi 4 dəfə mərkəzə dəvət etdi. İngiltərə yığmasının kapitanı 2-ci hissənin ortalarında meydana çıxsa da, heç bir qolda yaxından iştirak etmədi. Yeri gəlmişkən, qollardan birini hesabına yazan Hiroki İto “Bavariya”nın heyətində bundesliqada qol vuran ilk yaponiyalı futbolçu kimi tarixə düşdü! Beləliklə, “Bavariya” 23-cü turu da 8 xallıq fərqlə tamamlayaraq çempionluğa bir addım da yaxınlaşdı.
23-cü tur
Bavariya – Ayntraxt F 4:0

Olise, 45+2. İto, 61. Musiala, 83. Qnabri, 90+2. (75000)
Bavariya: Noyer, Laymer, Dayer, Kim Min Ce, İto (Devis, 63), Pavloviç, Kimmix (Qoretska, 43), Olise (Koman, 85), Musiala (Qnabri, 85), Sane, Müller (Keyn, 64).
Ayntraxt: Trapp, Kollins, Kristensen, Tuta, Teate, Knauff (Braun, 75), Larsson, Höylunn (Skiri, 46), Bahoya (Götse, 63), Can Uzun (Vahi, 46), Ekitike (Batşuayi, 75).
Holştayn – Bayеr-04 0:2
Şik, 9. Adli, 45. (15000)
Bayer-04: Kovarj, Frimponq (Mukiele, 83), Ta, Tapsoba, İnkapye, Qrimaldo, Caka, Andrix, Virts, Şik (Bonifeys, 83), Adli (Buendia, 70).
Borussiya D – Union 6:0
Leyte, 25-öz qapısına. Girassi, 40; 75; 80; 83. Bayer, 89. (81365)
Borussiya: Kobel, Ryuyerson (Kouto, 85), Əmrə Can, Şlotterbek, Bensebaini (Svensson, 70), Qross, Zabitser (Salih Özcan, 84), Adeyemi, Reyna (Çukvuemeka, 70), Bayer, Girassi (Gittens, 84).
Lеyptsiq – Haydenhaym 2:2
Openda, 45+2. Şeşko, 64-p. – Honsak, 6. Piringer, 13-p. (36619)
Leyptsiq: Qulaçi, Baku (Nedelkoviç, 80), V.Orban, Lukeba (Bitşiabu, 80), Raum, Zayvald, Kampl, Baumqartner (Vermeeren, 33), Simons, Openda, Şeşko.
Frayburq – Verder 5:0
Sildillia, 15. Qrifo, 33; 57. Doan, 76; 90+2. (34700)
Maynts-05 – Sankt Pauli 2:0
Li Ce Sun, 67. Nebel, 90+5. (33305)
Hoffеnhaym – Ştutqart 1:1
G.Orban, 74 – Voltemade, 9. (30150)
Borussiya M – Auqsburq 0:3
Klod-Moris, 55; 61; 70. (51493)
Volfsburq – Bohum 1:1
Svanberq, 81 – Maşoviç, 49. (23772)
1. Bavariya 23 18 4 1 69-19 58
2. Bayer-04 23 14 8 1 51-27 50
3. Ayntraxt F 23 12 6 5 49-33 42
4. Frayburq 23 12 3 8 34-36 39
5. Maynts-05 23 11 5 7 37-24 38
6. Leyptsiq 23 10 8 5 38-31 38
7. Ştutqart 23 10 6 7 41-34 36
8. Volfsburq 23 9 7 7 46-37 34
9. Borussiya M 23 10 4 9 35-35 34
10. Borussiya D 23 9 5 9 43-38 32
11. Auqsburq 23 8 7 8 27-35 31
12. Verder 23 8 6 9 35-47 30
13. Union 23 6 6 11 21-35 24
14. Hoffenhyaym 23 5 7 11 30-46 22
15. Sankt Pauli 23 6 3 14 18-27 21
16. Haydenhaym 23 4 3 16 27-47 15
17. Bohum 23 3 6 14 22-47 15
18. Holştayn 23 3 4 16 34-59 13
Bombardirlər: Keyn (Bavariya) – 21, Marmuş (Ayntraxt F), Şik (Bayer-04) – 15, Klayndinst (Borussiya M) – 14.
Turun rəqəmi
28 – “Bayer-04”ün başında bir neçə rekordun müəllifi olan Xabi Alonso bu dəfə adını bundesliqa tarixinə yazdırdı. Leverkuzen təmsilçisinin “Holştayn”la oyundan sonra bundesliqada səfərdə məğlubiyyətsiz seriyası 28 oyuna çatdı (20 qələbə, 8 heç-heçə). Bu, turnirin tarixinin yeni rekordudu! Əvvəlki rekord 1985-92-ci illərdə “Bavariya” və “Şalke-04” ilə səfərdə ardıcıl 27 qarşılaşmada uduzmayan əfsanəvi Udo Lattekə məxsus idi.
Turun ulduzu
Seru Girassi (Borussiya D) – yeni klubunda uyğunlaşmanı başa vuran qvineyalı forvard əla məhsuldarlıq sərgiləməyə başlayıb. O, son qarşılaşmalarda nadir hallarda meydanı qolsuz tərk edir. “Union”la görüşdə isə Girassi coşaraq poker etdi. Klub karyerasında ilk dəfə bir oyuna 4 qol vuran 28 yaşlı futbolçu bundesliqada ümumilikdə 70 oyunda 52 dəfə fərqlənib. Maraq üçün bildirək ki, buna qədər XXI əsrdə “Borussiya”nın heyətində bundesliqada poker etməyi yalnız iki futbolçu – Obameyanq və Holann bacarmışdı.
Turun sitatı
Tomas Müller, “Bavariya”nın forvardı:

“Adi qələbə ilə müqayisədə böyükhesablı qələbələr həmişə adama daha güclü emosiyalar bəxş edir. İşlərimiz yaxşı gedir və bunu biz özümüz də hiss edirik. Düzdü, mövsümün indiki dönəmində nəticə hər şeydən önəmlidi. Amma nəticə ilə yanaşı, evə qayıdandan sonra “biz bu gün həqiqətən də yaxşı oynadıq” ifadəsini işlətmək istəyirsən. “Ayntraxt”a qarşı oyunumuz üçün məhz bu ifadəni işlədə bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri