Icma.az
close
up
RU
“Bavariya” bu dəfə paytaxtda sürprizə imkan vermədi

“Bavariya” bu dəfə paytaxtda sürprizə imkan vermədi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, bir sıra maraqlı və sürpriz nəticələr qeydə alındı. “Bavariya”, təbii ki, Berlin səfərində meydana əsas heyətlə çıxmışdı. Çünki bu mövsüm bütün turnirlərdə Münhen nəhəngindən xal almağı bacaran ilk komanda noyabrın 8-də məhz “Union” olmuşdu (2:2). Bu oyun da məhsuldar alındı. “Union”lu futbolçular 4 qol vursalar da, yekunda məğlubiyyətlə barışmalı oldular. Çünki bunların ikisində avtoqol qeydə alındı! Avstriyalı Kverfeldin penaltilərdən vurduğu qollar komandası üçün kifayət etmədi.
Maraqlıdı ki, Noyer peşəkar karyerasında 906-cı rəsmi oyunda ilk dəfə bir matçda bir futbolçudan iki penalti qolu buraxdı! Son iki ildən fərqli “Bavariya” bu dəfə 1/4 finala yüksəlməyi bacardı.
Mərhələnin mərkəzi oyunu Dortmundda keçirildi. Kubokun son qalibi statusunda olan “Bayer-04” mübarizəni davam etdirmək üçün məhz Dortmundu fəth etməliydi. Özü də bu komandalar ötən həftəsonu bundesliqa çərçivəsində Leverkuzendə qarşılaşmış və “Borussiya” 2:1 üstün olmuşdu. Amma bu dəfə “arılar” “sarı divar”ın gözü önündə ümidləri doğrulda bilmədilər. Əlcəzairli Mazanın ilk yarıda vurduğu qol oyunda yeganə oldu. Niko Kovaç 2-ci hissədə Girassi başda olmaqla bütün əsas futbolçuları döyüşə atsa da, vəziyyəti düzəltmək mümkün olmadı. Ötən həftəiçi ÇL-də çətin Mançester səfərindən “quru” qələbə ilə dönən “Bayer-04” bu dəfə Dortmundda qol buraxmadan qalib gəldi. Maraqlıdı ki, ötən mövsüm “aspirinlər” məhz bu mərhələdə Münhendə “Bavariya”nı da minimal hesabla yenmişdilər.
Digər oyunlara gəlincə, “Ştutqart” Bohum səfərində rahat qələbə qazandı. Meydan sahiblərindən Ştrompf həm erkən avtoqolla, həm də ilk yarının sonlarında qırmızı vərəqə almaqla komandasına qənim kəsildi. Yekun nəticəni müəyyənləşdirən Dəniz Undav ardıcıl 6-cı rəsmi oyunda ən azı 1 qolun vurulmasında yaxından iştirak etdi. Bu müddətdə onun hesabında 8 qol, 2 məhsuldar ötürmə var. “Frayburq” və “Leyptsiq” də aşağı liqa təmsilçiləri ilə ev matçlarında asan qələbə qazandılar.
Bundesliqada son həftələrdə yüksəlişdə olan Münhenqladbax “Borussiya”sı gözlənilmədən evdə “Sankt Pauli” səddini aşa bilmədi. Elita klubunun 2-ci bundesliqa təmsilçisi ilə bacara bilmədiyi yeganə oyun Hamburqda keçirildi. “Holştayn” əlavə vaxtda hesabda geri düşsə də, özündə güc taparaq həm bərabərlik qolunu vurdu, həm də penalti seriyasında qalib gələrək “Hamburq”u mübarizədən kənarlaşdırdı.
Mərhələnin ən sürpriz nəticəsi Berlində qeydə alındı. Əslində “Herta”nın “Kayzerslautern”i yenməsinin özü sürpriz deyil. Amma 6:1-lik qələbəni az adam proqnozlaşdırardı. 2024-də bu turnirdə finala qədərə irəliləmiş Mahir Emrelinin komandası bu dəfə fanatlarına əsl şok yaşatdı. Xatırladaq ki, Mahir zədə üzündən ilin sonuna qədər oynamayacaq.
1/8 final
Union – Bavariya 2:3

Kverfeld, 40-p.; 58-p. – Ansa, 12-öz qapısına. Keyn, 24. Leyte, 45+4-öz qapısına.
Bavariya: Noyer, Stanişiç, Upamekano, Ta, Laymer (İto, 86), Kimmix, Pavloviç (Qoretska, 49), Olise (Kim Min Ce, 86), Karl (Qnabri, 73), Dias, Keyn.
Borussiya D – Bayer-04 0:1
Maza, 34.
Borussiya: Kobel, Ryuyerson (Girassi, 67), Anton, Əmrə Can, Şlotterbek, Svensson (Bensebayni, 86), Bellingem, Nmeça (Qross, 74), Adeyemi, Çukvuemeka (Bayer, 67), Fabio Silva (Brandt, 67).
Bayer-04: Flekken, Kuansa, Andrix, Tapsoba, A.Qarsiya, Maza, Hofmann (Bade, 90+3), Poku (Tella, 83), Qrimaldo, Terrye (Tillman, 61), Kofane (Şik, 61).
Bohum (D-2) – Ştutqart 0:2
Ştrompf, 12-öz qapısına. Dəniz Undav, 47.
Ştutqart: Bredlou, Assinyon, Yeltş (Sterqiu, 89), Şabo, Hendriks (Narti, 61), Mittelştadt, Karazor, Ştiller (Andres, 76), Əl-Xannus (Fürix, 61), Levelinq (Buanani, 76), Dəniz Undav.
Leyptsiq – Maqdeburq (D-2) 3:1
Nusa, 19. Baumqartner, 29; 54 – Qnaka, 11-p.
Leyptsiq: Vandervoordt, Klostermann (Nedelkoviç, 46), Lukeba, Orban, Raum, Zayvald, Baumqartner (Maksimoviç, 88), Banzuzi (Şlager, 46), Diomande (Qomis, 66), Nusa (Finkqrafe, 82), Harder.
Frayburq – Darmştadt (D-2) 2:0
Qrifo, 42-p. Holer, 69.
Borussiya M – Sankt Pauli 1:2
Tabakoviç, 56 – Kaars, 43. Oppi, 83.
Hamburq – Holştayn (D-2) 1:1, p. - 2:4
Yatta, 107 – Harres, 118.
Herta (D-2) – Kayzerslautern (D-2) 6:1
Şuler, 5; 60. Vinkler, 20. Ayhkorn, 31. Kovnatski, 75. Krattenmaxer, 80 – Ritter, 45+2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri