Bavariya klubunun qapıçısı Manuel Noyerin qabırğası sınıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın "Bavariya" klubunun qapıçısı və kapitanı Manuel Noyerin qabırğası sınıb və 2024-cü ildə Münhen üçün meydana çıxmayacaq.
Oxu.Az xəbər verir ki, bunu "Bavariya"nın baş məşqçisi Vinsent Kompani deyib.
"Onun qabırğası sınıb və yəqin ki, bu il oynamayacaq. Əsas odur ki, o, indi sağalsın və ümid edirəm Manuel yanvarda bizə qayıdacaq", - Kompani bildirib.
Noyerin 38 yaşı var, bu mövsüm "Bavariya"nın heyətində 19 oyun keçirib, onlardan 12-sində top buraxmayıb. Qapıçı 2011-ci ildən "Bavariya"da çıxış edir.
O, komanda ilə birlikdə 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:Bavariyanın kapitanı Manuel Noyerin qabırğası sınıb
09 Dekabr 2024 23:41
Bavariya Manuel Noyerin yerinə Brayton un qolkiperini transfer edəcək
29 Mart 2025 20:26
“Bavariya” qapıçı Manuel Noyerin gələcəyi ilə bağlı qərarını verib
13 Noyabr 2025 22:46
Manuel Noyerin “Bavariya” ilə müqaviləsi nə vaxt başa çatır AÇIQLAMA
04 Noyabr 2025 16:09
Baxış sayı:72
Bu xəbər 10 Dekabr 2024 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















