Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

“Bayer 04” “Bavariya”nın çempionluğunu təxirə saldı

“Bayer 04” “Bavariya”nın çempionluğunu təxirə saldı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tur “Ştutqart”ın evdə “Haydenhaym”a minimal hesabla uduzması ilə start götürdü. Halbuki debütant son üç turun hamısında qol vurmadan məğlub olmuşdu. “Haydenhaym” sona 3 tur qalmış “xilaskar” 16-cı pillə ilə xal fərqini 5-ə endirdi.

Şənbə gününün qarşılaşmaları maraqlı və məhsuldar alınsa da, süprirzlər çox olmadı. Enişdə olan “Maynts-05” Münhendə “Bavariya”ya müqavimət göstərə bilməyərək 3 cavabsız qol buraxdı. Maraqlıdı ki, “karnavalçılar” bu mövsüm ilk dəfə böyük hesabla uduzdular. Amma bu qələbə çempionluq üçün kifayət etmədi. Çünki “Bayer-04” “Auqsburq”la qarşılaşmada xal itirmədi. Bununla belə, gələn tur “rekordmayster”in taleyi artıq öz əlində olacaq. Komanda səfərdə “Leytsiq”i məğlub edəcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcək. Ən maraqlısı odu ki, Keyn karyerasında ilk titulunu qazana biləcəyi oyunu cəza üzündən buraxmalı olacaq! Bu tur o, qayda pozuntusuna yol verəndən sonra topu “Maynts-05”li futbolçulara vermək istəmədiyinə görə sarı vərəqə alaraq cəzalı udurma düşdü. Dortmund “Borussiya”sı Zinshaymda fanatlarına cəhənnəm əzabı yaşatsa da, 3 xal qazanmağı bacardı. “Hoffenhaym” 90-cı dəqiqədə bərabərlik qolunu vursa da, əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə hücuma qoşulan müdafiəçi Anton “arılar”a çox mühün 3 xal qazandırdı. Niko Kovaçın komandası “ÇL zonası” ilə xal fərqini 3-ə endirdi. Halbuki 5 tur öncə bu fərq 10 xala bərabər idi!
50-ci dəqiqədən azlıqda oynayan “Leyptsiq” Frankfurt səfərində pərən-pərən düşdüsə, 26-cı dəqiqədən azlıqda oynayan “Volfsburq” evdə “Frayburq”a minimal hesabla uduzdu. “Frayburq” bu qələbə sayəsində 23-cü turdan bəri ilk dəfə “ÇL zonası”na yüksəldi. Münhenqladbax “Borussiya”sı turun ən dramatik oyununda autsayder “Holştayn”a qarşı səfərdə 2 dəfə hesabı bərabərləşdirməyə müvəffəq olsa da, sonda xal qazana bilmədi. Turun ilk 7 oyununda heç-heçə qeydə alınmadığı halda, son iki qarşılaşma “sülhlə” bitdi. “Bohum” “Union”la 1:1-dən sonra sonuncu pilləyə yuvarlandısa, evdə “Sankt Pauli”nin qapısına yol tapa bilməyən “Verder”in 4 oyunluq qələbə seriyası başa çatdı.
31-cu tur
Bavariya – Maynts-05 3:0

Sane, 27. Olise, 40. Dayer, 84. (75000)
Bavariya: Urbiq, Laymer, Dayer, Kim Min Ce (Boe, 46), Stanişiç, Kimmix, Pavloviç (Qoretska, 84), Olise, Sane (Müller, 84), Qnabri (Koman, 72), Keyn (Kusi-Asare, 88).
Bayеr-04 – Auqsburq 2:0
Şik, 13. Buendia, 45+1. (29563)
Bayer-04: Kovarj, Artur (Frimponq, 86), Ta, Tapsoba, Qrimaldo, Caka, Andrix, Tella (İnkapye, 64), Buendia (Hofmann, 64), Virts (Qarsiya, 82), Şik (Adli, 64).
Hoffеnhaym – Borussiya D 2:3
Hlojek, 61. Haderjabek, 90 – Girassi, 20. Brandt, 74. Anton, 90+5. (30150)
Borussiya: Kobel, Ryuyerson (Kouto, 77), Zyule (Reyna, 85), Anton, Bensebayni, Svensson, Əmrə Can, Nmeça (Salih Özcan, 68), Brandt (Çukvuemeka, 81), Gittens (Adeyemi, 68), Girassi.
Ayntraxt F – Lеyptsiq 4:0
Knauff, 21; 53. Ekitike, 67. Kox, 71. (57000)
Ayntraxt: Trapp, Kollins (Çandler, 86), Tuta, Kox, Teate (Amenda, 81), Braun, Larsson, Skiri, Knauff (Vahi, 75), Bahoya (Höylunn, 75), Ekitike (Çaibi, 82).
Leyptsiq: Vandevoordt, Nedelkoviç (Openda, 46), Qeertruyda, Klostermann, Bitşiabu, Lukeba, Zayvald (Aydara, 86), Baumqartner (Vermeeren, 54), Baku, Simons (Qomis, 76), Şeşko (Nusa, 76).
Volfsburq – Frayburq 0:1
Rozenfelder, 49. (23145)
Holştayn – Borussiya M 4:3
Matino, 15; 90+1. Bernardsson, 23. Qiqoviç, 76 – Çvançara, 60. Plea, 69. Onora, 86. (15034)
Ştutqart – Haydenhaym 0:1
Honsak, 89. (60000)
Bohum – Union 1:1
Bero, 68 – Hollerbax, 17. (26000)
Verder – Sankt Pauli 0:0
(42100)
1. Bavariya 31 23 6 2 90-29 75
2. Bayer-04 31 19 10 2 66-35 67
3. Ayntraxt F 31 16 7 8 62-42 55
4. Frayburq 31 15 6 10 44-47 51
5. Leyptsiq 31 13 10 8 48-42 49
6. Borussiya D 31 14 6 11 60-49 48
7. Maynts-05 31 13 8 10 48-39 47
8. Verder 31 13 7 11 48-54 46
9. Borussiya M 31 13 5 13 51-50 44
10. Auqsburq 31 11 10 10 33-42 43
11. Ştutqart 31 11 8 12 56-51 41
12. Volfsburq 31 10 9 12 53-48 39
13. Union 31 9 9 13 31-45 36
14. Sankt Pauli 31 8 7 16 26-36 31
15. Hoffenhyaym 31 7 9 15 40-58 30
16. Haydenhaym 31 7 4 20 33-60 25
17. Holştayn 31 8 7 19 45-74 22
18. Bohum 31 5 6 20 30-63 21
Bombardirlər: Keyn (Bavariya) – 24, Şik (Bayer-04) – 19, Girassi (Borussiya D) – 17.
Növbəti turun oyunları mayın 2-4-ü aralığında keçiriləcək: Auqsburq – Holştayn, Borussiya M – Hoffеnhaym, Borussiya D – Volfsburq, Frayburq – Bayеr-04, Haydenhaym – Bohum, Maynts-05 – Ayntraxt F, Lеyptsiq – Bavariya, Union – Verder, Sankt Pauli – Ştutqart.
Turun rəqəmi
500 – “Bavariya”nın veteranı Tomas Müller bu tur meydana çıxmaqla bundesliqada yubiley – 500-cü oyununu keçirdi. Bununla da Müller turnirin tarixində bir klubun heyətində 500 oyun həddinə çatan 4-cü futbolçu oldu! Daha öncə bunu Karl-Hayns Kerbel (602, “Ayntraxt” F), Manfred Kalts (581, “Hamburq”) və Mihael Lamek (518, “Bohum”) bacarmışdı.
Turun ulduzu
Syuto Matino (Holştayn) – tarixində ilk dəfə bundesliqada oynayan komanda bəlkə də qalan turlarda xilas ola bilməyəcək. Amma Kil təmsilçisi Matinonun sayəsində son turlarda önəmli xallar qazanır və elitada qalmaq ümidini davam etdirir. 25 yaşlı yaponiyalı forvard ötən tur çətin “Leyptsiq” səfərində (1:1) komandasının yeganə qolunu vurmuşdusa, bu dəfə heç də zəif olmayan Münhenqladbax “Borussiya”sı ilə dueldə dubl etdi və ən əsası son anlarda qələbə qolunu vurdu. Bu mövsüm onun hesabında artıq 10 qol var. Bundesliqada ilk mövsümünü keçirən və iddiasız bir klubda oynayan futbolçu üçün heç də pis göstərici deyil.
Turun sitatı
Harri Keyn, “Bavariya”nın forvardı:

“Hakimin mənə göstərdiyi sarı vərəqə ilə razı deyiləm. Belə şeyə görə vərəqə vermək düzgün deyil. Təəssüf ki, bəzi insanlar bizim stadiona gəldikdə populyar olmaq istəyirlər. Çox üzgünəm. Sarı vərəqə limitində olduğumu bilirdim. Ümumiyyətlə, bu qərar absurddu. 1-ci turda aldığım sarı vərəqəyə görə indi cəzalı duruma düşmüşəm. Premyer-liqadakı kimi 19-cu turdan sonra sarı vərəqələri sıfırlamaq ən düzgün qərardı. Ümid edirəm ki, gələcəkdə bundesliqada da bu praktikadan istifadə olunacaq. Mövsümün ən vacib oyununu buraxmaq ağlasığmaz bir şeydi. Amma eybi yox. Qələbəni ən çox mən qeyd edəcəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri