“Bavariya”nın futbolçusu “Mançester Siti”nin 100 milyon avroluq təklifini rədd edib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Mançester Siti” “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi heyətinə qatmaq üçün 100 milyon avroyadək ödəməyə hazır olsa da, transfer baş tutmayıb.
İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, İngiltərə klubu mart ayından etibarən 22 yaşlı futbolçunun transferi üzərində çalışıb və onun nümayəndələri ilə danışıqlar aparıb. “Bavariya”ya “Mançester Siti”nin Pavloviçi böyük məbləğə transfer etmək istədiyi barədə məlumat verilsə də, klublar arasında rəsmi danışıqlar olmayıb.
Pavloviç İngiltərəyə keçid variantını nəzərdən keçirsə də, sonda Münhendə qalmaq qərarına gəlib.
Qeyd edək ki, yay transfer pəncərəsi bağlanana qədər “Mançester Siti” “Lill”dən Ayyub Buaddini və “Çelsi”dən Enzo Fernandesin transferlərini rəsmiləşdirib.
Aleksandar Pavloviç “Bavariya” akademiyasının yetirməsidir. O, gənclər komandalarından əsas heyətə qədər yüksəlib və Almaniya millisinə də dəvət alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















