Baxşıyev: “Qarabağ”a inanır: Təmsilçimiz sərfəli nəticə əldə etsə…
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
”Qurban müəllim hər zaman belə kritik məqamlarda komandanı oyuna hazırlamağı, kökləməyi yaxşı bacarır”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində evdə “Nyukasl”la matçı dəyərləndirib:
“Deməzdim ki, Ağdam təmsilçisinin şansları azdır. “Qarabağ”ın geniş heyəti var. Əgər birinci oyundan sonra təmsilçimiz sərfəli nəticə əldə etsə, “Nyukasl”ı keçmək üçün maksimum bu şansı dəyərləndirməlidir. Razıyam çətin olacaq. Amma “Qarabağ” da evdə inamlı oyun sərgiləyən komandadır. Onların bu tip matçlarda müəyyən təcrübələri var. Ancaq Qurban müəllim illərdir ki, bu rejimdə, tempdə oyunçuları görüşlərə hazırlayır. “Qarabağ”a uğurlar arzulayırıq”.
Qeyd edək ki, “Qarabağ” - “Nyukasl” matçı saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Yunis Hüseynov: "Qarabağ"dan qələbə gözləyirəm" "Neftçi"dən transfer həmləsi: DANIŞIQLAR BAŞLADI Samuel Sançez: TOFİQ MUSAYEV ÜÇÜN SON ŞANS ÇL: “İnter” Norveç, “Atletiko” Belçika səfərində - YENİLƏNİR “Baku Sporting” Premyer Liqa bileti üçün mübarizədə - YENİLƏNİR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















