Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Bayden administrasiyasına qarşı ittiham...

Bayden administrasiyasına qarşı ittiham...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Ordunun maliyyələşməsində israfçılığa yol verilib?

ABŞ özünün hərbi gücünü təkmilləşdirmək yolunda yeni addımlar atmağa hazırlaşır. Belə ki, ölkənin yeni vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin son 40 ildə iştirak etdiyi hərbi münaqişələrdə qalib gələ bilmədiyini bəyan edib. Vens Pentaqonu sərt şəkildə tənqid edib və yeni müdafiə naziri Pit Hegseti diqqəti əsas problemlərin həllinə yönəltməyə çağırıb. ABŞ ordusunun ciddi çağırışlarla üzləşdiyini bildirən Vens bildirib ki, bu günə qədər bir sıra regionlarda aparılan müharibələr ABŞ-a heç bir divident qazandırmayıb. “Biz son 40 ildə çoxlu müharibələr apardıq, amma bu dövr ərzində heç bir müharibədə qalib gəlmədik. İki partiyalı geniş səsvermələrin nəticələrinə nəzər salanda özümüzdən soruşmalıyıq: bu müharibələr bizə nə verdi? Onlar bizə çağırış problemi yaşayan bir ordu, qeyri-effektiv silah təchizat sistemi və astronomik xərclər verdi. Milyardlarla dollar xərcləyərək təyyarələr alırıq, amma bu təchizatlar həmişə gecikir və ciddi israfçılıq yaranır”.

Maraqlıdır, son 40 ildə ABŞ hansı müharibələrdən qalib çıxmayıb?  Görəsən, ABŞ-ın vitse-prezidenti hansı səbəbdən irəli gələrək, bu cür bəyanat səsləndirib? Paralel olaraq bu ittihamlar həm də ordu daxilində korrupsiya faktlarına işarə deyilmi - xatırlasaq, Donald Tramp andiçmə mərasimində bəyan etmişdi ki, onun administrasiyası korrupsiya quruluşuna qarşı mübarizə aparacaq. Ordu ilə bağlı ortaya çıxan məsələləri də bu iddianın üzərinə gəlsək, faktlar Bayden komandası üzərində məsuliyyət yaratmırmı?

Köhnə komanda istintaqa cəlb oluna bilər

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Azərbaycan” qəzetinə şərhində bildirib ki, Donald Tramp ABŞ-ın dövlət sistemində ciddi kadr dəyişikliyi etmək niyyətindədir. Artıq prezident Tramp seçki qabağı vədlərinin icrasına başlayıb: “Bu vədlərdən biri ilk növbədə dövlət idarəçiliyi sistemində ciddi kadr dəyişikliyi və korrupsiyaya qarşı mübarizəni özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, Donald Tramp özünü ABŞ-ın yeddinci prezidenti Endryu Ceksona bənzətməyə çalışır. Tramp Ağ Evdə öz iş otağında E.Ceksonun portretini asıb.  Amerika tarixində E.Ceksonun prezidentliyi dövründə yaddaqalan hadisələrdən biri budur ki, o, hakimiyyətə gəldikdən sonra Ağ Evdə və dövlət qurumlarında köhnə administrasiyanın bütün kardlarını öz postlarından kənarlaşdırmışdı. Tramp da eyni addımları atmaq  niyyətindədir.  Artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb.  Trampın dövlət qurumlarından yüksək rütbəli şəxsləri vəzifələrindən kənarlaşdıracaq. Xüsusilə, müdafiə departamentində ciddi kadr dəyişikliklərinin olacağı gözlənilir”.

“Təsadüfü deyil ki, Tramp 90 gün müddətində İsrail istisna olmaqla, xarici ölkələrə yardımları dayandırıb. Trampın bu addımı hərbi-müdafiə sahəsində korrupsiya hallarının geniş yayılmasına qarşı mübarizə aparmaq anlamına gələ bilər. Həmçinin Bayden administrasiyası dövründə müxtəlif ölkələrə verilən maliyyə yardımları ilə bağlı ciddi araşdırmaların aparılması da mümkündü?,” - E.Nəsirov əlavə edib.

ABŞ mütləq qələbə qazanmayıb

Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, Tramp administrasiyası beynəlxalq siyasətə daha çox ABŞ-ın maraqları baxımından baxmağa üstünlük verəcək. “Səsləndirilən son bəyanatlar onu deməyə əsas verir ki, ABŞ-ın daxilində respublikaçılar və demokratlar arasında ciddi fikir ayrılıqları mövcuddur. Qeyd edim ki, demokratlar müttəfiqlərinin müdafiəsinə daha çox xərclərin çəkilməsinin tərəfdarıdırlar, amma respublikaçılar bu məsələdə fərqli mövqe nümayiş etdirirlər”, - deyən R.Məmmədli hesab edir ki, Vensin bəyanatında bəzi məqamlar maraq kəsb edir: “Donald Tramp və onun komandası Amerika ərazilərinin böyüməsində, ABŞ-ın Amerika və Avropa qitəsində daha da böyük güc olmasında maraqlıdır. Vens vurğulayıb ki, son 40 ildə ABŞ bir sıra regionlarda hərbi əməliyyatlar aparmasına baxmayaraq, onun təsir dairəsi o qədər genişlənməyib. Vens müəyyən mənada haqlı da ola bilər. Çünki istər “Soyuq müharibə” dövründə, istərsə də SSRİ-nin çöküşündən sonrakı müddətdə ABŞ müxtəlif ölkələrə hərbi müdaxilə etməsinə baxmayaraq, mütləq qələbə qazanmayıb. Bura Koreya, Vyetnam, Yuqoslaviya, Əfqanıstan, İraq və digər ölkələri daxil edə bilərik”.

NATO arxa plana keçir

“70-ci illərin sonu və 80-ci illərin əvvələrində Amerikanın dövlət sistemində belə fikir dolaşırdı ki, ABŞ mütləq imperiyaya çevrilməlidir. ABŞ-ın dövlət sistemində bu ideyanı dəstəkləyən şəxslər hesab edirdilər ki, dünyanın yarısı Amerikanın təsir dairəsində olmalıdır.” - deyə R.Məmmədli əlavə edib.

R.Məmmədli bildirib ki, Trampın siyasəti Avropa tərəfindən birmənalı qarşılanmayacaq: “NATO-ya üzv olan ölkələr ayrılıqda güc deyillər. Onlar ABŞ ilə birlikdə güc mərkəzidir. Ancaq ABŞ bu günə qədər böyük xərclər hesabına saxladığı NATO-ya qısa müddət ərzində fərqli yanaşma sərgiləyəcək. Çünki Tramp administrasiyası NATO-ya daha  çox xərc çəkməkdə maraqlı deyil. Bir sözlə, Tramp bu məsələyə sırf biznes-maliyyə, rentabillik və klassik Amerika nöqteyi-nəzərindən baxmağa üstünlük verir. Bu baxımdan, ABŞ ilə Avropa ölkələri arasında fikir ayrılıqları yaranacaq”.

Yunis Abdullayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Yanvar 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri