Bayden bu dəfə ölkəni şəhərlə səhv saldı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Adları səhv salması ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkəni şəhərlə səhv salıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 82 yaşlı Amerika lideri Afrikaya səfəri çərçivəsində dekabrın 3-də anqolalı həmkarı Juan Lourensu ilə görüşü zamanı Anqolanı “canlı şəhər” adlandırıb.
“Bilirsiniz, Anqola canlı bir şəhərdir!” - Bayden deyib.
Daha sonra o, ABŞ-nin evlərini tərk etmək məcburiyyətində qalan afrikalılara 1 milyard dollardan çox humanitar yardım edəcəyini açıqlayıb.
Qeyd edək ki, Bayden prezident kimi ilk dəfədir Afrika qitəsinə səfər edir.
Xatırladaq ki, ABŞ Prezidenti çıxışları zamanı tez-tez adları və ya titulları qarışdırır. Belə ki, iyul ayında NATO sammitində o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putini səhv salmış və sözü “Prezident Putinə” vermişdi.
Bu mövzuda digər xəbərlər:Bayden Trampı ölkəni biabır etməkdə günahlandırdı
08 Noyabr 2025 09:16
Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir Bayden
02 Avqust 2025 10:12
Azərbaycan bu şəhərlə birbaşa aviareysi bərpa edə bilər AÇIQLAMA
25 Yanvar 2025 14:39
Bu dəfə ölkəni şəhər adlandırdı
04 Dekabr 2024 01:43
Bayden vida nitqində bu ölkəni xatırladı: görün nə ilə öyündü
16 Yanvar 2025 11:10
Baxış sayı:120
Bu xəbər 04 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















