Bayden haqqındakı kitabda şok FAKTLAR: ABŞ ni əslində kimlər idarə edib?
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Co Baydenin səhhət problemləri səbəbindən ölkəni tam idarə edə bilmədiyi, əsas qərarların isə müşavirləri, həyat yoldaşı və oğlu Hanter Bayden tərəfindən verildiyi ortaya çıxıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ceyk Tapper "Piers Morgan Uncensored" proqramında danışıb.
Tapper və "Axios"dan Aleks Tompson "Original Sin: President Biden's Decline, Its Cover-up, and His Disastrous Choice to Run Again" ("İlkin günah: Prezident Baydenin tənəzzülü") adlı kitab üçün 200-dən çox mənbə ilə söhbət aparıblar.
Araşdırma zamanı məlum olub ki, Baydenin prezidentliyi dövründə real idarəetmə Ağ Ev administrasiyasının rəhbəri Ron Kleyn, strateq Mayk Donilon, daxili siyasət üzrə müşavir Bryus Rid və qanunvericilik işlərinə nəzarət edən Stiven Rikettinin əlində olub. Həmçinin birinci xanım Cill Bayden və Hanter Bayden də böyük təsir gücünə sahib olublar.
Tapper Hanter Baydeni "şübhəli qərarlar verməyə meyilli biri" kimi təsvir edib və bildirib ki, Bayden komandasının əsas məqsədi onun seçkidə qalib gəlməsi olub, sonra isə prezidentin ictimaiyyətdə görünməməsinə çalışıblar.
Jurnalist bu vəziyyətin "Votergeyt qalmaqalı"ndan ("Watergate scandal") daha ciddi olduğunu deyib:
"Baydenin idarəetmə qabiliyyətində açıq problemlər var idi", - deyə o vurğulayıb.
Kitab geniş rezonans doğurub və Ağ Evdə gerçək gücün kimlərin əlində olması barədə yeni müzakirələrə səbəb olub.
Milli.Az
Baxış sayı:122
Bu xəbər 01 İyun 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















