Icma.az
close
up
RU
Qarabağın “birləşməsinə” kimlər imza atmışdı? Şok faktlar açıqlandı

Qarabağın “birləşməsinə” kimlər imza atmışdı? Şok faktlar açıqlandı

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının olması fonunda onun dəyişdirilməsi ilə bağlı məsələlər gündəmə gətirilir. SSRİ dövründə Ermənistan respublikasının Ali Soveti və qeyri-qanuni formalaşmış keçmiş “Dağlıq Qarabağ milli şurası” heç bir əsasa malik olmayan müstəqillik bəyannaməsi haqqında “sənəd” qəbul edib. Əslində o vaxt sovet konstitusiyasında milli şura adlı bir anlayış yox idi.

Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Ermənistanın müstəqillik bəyannaməsini ali sovetin sədri Levon Ter-Petrosyan və onun katibi imzalayıb:

“Bundan sonra SSRİ Ali Sovetinin rəyasət heyəti qərar qəbul edərək, Ermənistanın müstəqillik bəyannaməsinin sovet konstitusiyasına zidd olduğunu elan edib. Hələ o zaman bu sənədin qeyri-qanuniliyi SSRİ tərəfindən təsdiq olunub”.

Politoloq bildirib ki, SSRİ süquta uğradıqdan sonra isə bu məsələ yenidən gündəmə gətirildi:

“1995-ci ildə Ermənistan konstitusiyası qəbul edilərkən onun müqəddimə hissəsində müstəqillik bəyannaməsinə istinad edildi. Həmin istinadda qeyd edilir ki, “tarixi ədalətin bərpası naminə Ermənistan respublikası ilə Dağlıq Qarabağ muxtar vilayəti vahid dövlətdə birləşir”.

Zərdüşt Əlizadə vurğulayıb ki, indiki halda sülhə başlıca əngəl olan həmin qeyddir:

“Azərbaycan tərəfi də haqlı olaraq tələb edir ki, o əsassız qeyd oradan çıxarılsın. Çünki faktiki olaraq Ermənistanın müstəqillik bəyannaməsində və konstitusiyasında Azərbaycan ərazisinin ilhaq edilməsinə dair müddəa var. Əslində, indiki Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Eyni zamanda, Azərbaycan əməli olaraq Qarabağ üzərində öz suverenliyini bərpa edib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə bu məsələyə birdəfəlik son qoyulub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Noyabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri