Icma.az
close
up
RU
Nəsimi skandalı böyüyür: əslində, hansı şəhərdə doğulub? ŞOK faktlar

Nəsimi skandalı böyüyür: əslində, hansı şəhərdə doğulub? ŞOK faktlar

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmaddədin Nəsiminin məzarının ölkəmizə gətirilməsi ilə bağlı məlumat ictimaiyyətdə müzakirələrə səbəb olub. Bəziləri bu addımı zəruri hesab etdiyi halda, belə bir qərarın doğru olmadığını düşünənlər də var.

Hətta İmaddədin Nəsiminin Azərbaycanda doğulmadığı, ümumiyyətlə ölkəyə heç vaxt gəlmədiyinə dair fikirlər də səsləndirilir.

Bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Nəsiminin məzarının Azərbaycana gətirilməsi ölkəmizin nüfuzu baxımından necə dəyərləndirilir?

Globalinfo.az-a danışan Nəsimişünas alim Səadət Şıxıyeva deyib ki, əslində, bu məsələnin gündəmə gətirilməsi və müzakirə mövzusuna çevrilməsi yeni deyil:

“Suriyada müharibə başlamamışdan əvvəl də, müharibə dövründə də, hətta hazırkı nisbi sabitlik müddətində də bənzər iddialar ortaya atılır. Ömründə şairin bir beytini oxumayan, kimliyi barədə aydın təsəvvürü olmayanlar belə israrla Nəsiminin nəşinin gətirilməsi ideyasını dəstəkləyirlər. Əslində, bir sıra hadisələrdə olduğu kimi, burada da kampaniyaçılıq aşkar hiss olunur. Mən də tədqiqatçı alim Dilqəm Əhməd kimi, Azərbaycandan kənarda vəfat etmiş heç kimin nəşinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Çünki bu, bizim ədəbiyyatımızın və tariximizin silinməz səhifələridir. Sözügedən məzarlar onların ömür yolunun sonudur, yaşadıqları talelərin daşlara yazılan son vərəqidir. Onların məzar yerini dəyişmək faktları təhrif və saxtakarlıqdan başqa bir şey deyil. Dini nöqteyi-nəzərdən də günahdır.

Həmin məzarları qorumanın, mədəni, ədəbi və fəlsəfi irsimizi sağlığında geniş coğrafiyada tanıdan, bu gün əsərləri ilə ədəbi-mədəni mirasımızı zənginləşdirən mütəfəkkirlərə sahib çıxmanın müxtəlif yolları var. Bunlardan biri də onların yerləşdiyi dövlətlərlə razılaşma əsasında mütəfəkkirlərimizin məzarının bərpası və daimi nəzarətdə saxlanılmasıdır. Əslində, 2008-ci ildə Hələbdə Nəsiminin türbəsi ətrafında gözəl işlərin bünövrəsi qoyulmuşdu; şairimizin adına mərkəz, kitabxana və böyük bir xiyabanın salınması nəzərdə tutulmuşdu. Bunun üçün Azərbaycan Prezidenti ilə Suriyanın keçmiş lideri arasında razılaşma da vardı. Çox təəssüf ki, müharibənin başlaması bu işləri yarımçıq qoydu”.


Səadət Şıxıyeva 

Alim bildirib ki, mədəni irsimizin və tariximizin parçası olan bu qərib məzarlar olduqları yerdə qorunmalıdır:

“Səbəbi isə qeyd etdiklərimdir. Nəsiminin Azərbaycanda anadan olması deyil, məhz Şirvanda doğulub-doğulmadığı müzakirə mövzusudur. Hələ 1999-cu ildə Nəsiminin nisbələri və ona anadan olduğu yer kimi aid olunan coğrafi məkanları tədqiq etmişəm. O dövrdən etibarən bütün məlum və ya az bilinən mənbələrə müraciət etmişəm. Orta əsr qaynaqlarının heç birində Şirvanda anadan olmasına dair işarəyə rast gəlməmişəm. Şairin təqribən bir il yarım mürşidi ilə birlikdə Bakıda məskunlaşması isə dəqiq bilinən faktlardandır. Fəzlullah həbs olunduqdan sonra da Nəsimi onun vəsiyyətinə uyğun olaraq Bakını tərk edir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri