Bayden rus neftini daşıyan “kölgə donanması”nı hədəfə alıb Sanksiya paketi kütləvi olacaq AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 20-də Ağ Evi tərk edəcək ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiya neftini daşıyan tankerlərə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, bu barədə iki məlumatlı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Konkret olaraq, məhdudiyyətlər Qərbin 60 dollar/barrel qiymətindən daha yüksək qiymətə satılan və Rusiyanın “kölgə donanması”na daxil olan tankerlərə şamil edilməlidir.
Rusiyanın “kölgə donanması” xarici bayraqlar altında üzən tankerlərdən ibarətdir və Rusiya onlardan Qərbin iki il əvvəl tətbiq etdiyi neft embarqosundan yan keçmək üçün istifadə edir. “Kölgə donanması” beynəlxalq sanksiyalardan yan keçərək Rusiyadan xam neft və neft məhsulları ixrac edən köhnə və çox vaxt sığortası olmayan tankerlərdən istifadə edir. Mənbələrdən biri agentliyə bildirib ki, Bayden administrasiyası tərəfindən hazırlanan sanksiya paketi “kütləvi”dir. Başqa bir mənbə sanksiyaların Rusiya neftinin müəyyən edilmiş həddən yuxarı qiymətlərlə satışı ilə məşğul olan şəbəkələrlə əlaqəli şəxsləri əhatə edəcəyini bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















