Bayden Ukraynaya 63 milyon dolların ayrılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Cozef Bayden dövlət katibi Entoni Blinkenə Kiyevə 63 milyon dollara yaxın məbləğdə əlavə yardımın ayrılmasının məqsədəuyğunluğunu müəyyən etməyi tapşırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.
"Mən dövlət katibinə Ukraynaya 63 milyon dollara yaxın məbləğdə yardımın göstərilməsinin ABŞ-nin təhlükəsizlik maraqları üçün vacib olub-olmadığını müəyyən etmək səlahiyyətini verirəm", - bəyanatda qeyd olunub.
Lakin məhz hansı dəstəkdən söhbət getdiyi dəqiqləşdirilmir.
Daha əvvəl “Politico” qəzeti bildirmişdi ki, Co Baydenin administrasiyası Konqresin Kiyevə ayırdığı 6 milyard dolları Ukraynaya yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə kimi mümkün qədər tez göndərməyi planlaşdırır.

Tramp Dövlət Departamentinə Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
01 Mart 2025 14:16
Bayden Ukraynaya 725 milyon dollar ayıracaq
28 Noyabr 2024 14:38
Bayden Pentaqona Ukraynaya silah satışını sürətləndirməyi tapşırıb AzPolitika onlayn siyasiictimai qəzet
26 Dekabr 2024 11:55
Bayden Ukraynaya minaların çatdırılmasını təsdiqləyib
20 Noyabr 2024 12:00
Bayden Rusiyanın Ukraynaya zərbələrindən qəzəblənib
26 Dekabr 2024 13:54

