Icma.az
close
up
RU
Baydenin dönəmində ABŞ ancaq uduzdu ANALİTİK

Baydenin dönəmində ABŞ ancaq uduzdu ANALİTİK

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Trampın hakimiyyəti dövründə Bakı və Vaşinqton arasında əlaqələrin bərpası qaçınılmazdır


Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub. 


Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, ABŞ ilə Azərbaycanın münasibətləri zaman-zaman gərginləşir. Ekspertin sözlərinə görə, buna baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman beynəlxalq güclərin, xüsusilə də ABŞ-nin maraq dairəsində olub: "Azərbaycan hər zaman terrorizmlə mübarizədə ABŞ-yə dəstək verib. Hələ 2001-ci il 11 sentyabr terror aktı zamanı ABŞ-yə İslam dünyasında ilk dəstək də məhz Azərbaycandan gəlib. Sahib olduğu multikultural dəyərlər, sabit siyasi mövqe diqqətlərin Azərbaycan üzərinə toplanmasına səbəb olub. Ancaq təbii ki, Vaşinqtonun marağında olan əsas məsələlər tamamilə başqadır. İlk növbədə Azərbaycan ABŞ-nin iki ən böyük rəqibinin, Rusiya və İranın ortasında yerləşir. Ölkəmiz demək olar ki, Rusiya və İranı bir-birinə  birləşdirən körpü rolunu oynayır. Eyni zamanda ölkəmiz Qərbin Şərqə açılan əsas qapısı rolunu oynayır. Təsadüfi deyil ki, 2001-ci il ABŞ Əfqanıstana müdaxilə edərkən Azərbaycanın yardımına ehtiyac duyub. Ölkəmiz sülhyaratma əməliyyatlarında fəal iştirak etməklə bərabər eyni zamanda mühüm dəhliz rolunu da oynayıb. Təsadüfi deyil ki, Azərbaycanı "NATO-nun Şimal dəhlizi" adlandırırdılar". 


Siyasi şərhçi vurğulayıb ki, daha bir önəmli məqam Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas yolun məhz Azərbaycan ərazisindən keçməsidir:

"Nəzərə alaq ki, Donald Trampın əsas hədəfi məhz Çini iqtisadi cəhətdən çökdürməkdir. Bu baxımdan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Co Baydenin 4 illik hakimiyyətində Azərbaycanla münasibətlərdə soyuqluq yaşayan ABŞ bundan ancaq uduzdu. Trampın dövründə Bakı və Vaşinqton arasında əlaqələrin bərpası qaçınılmazdır. Bunun üçün başlıca şərt isə ABŞ-nin ölkəmizə qarşı tətbiq etdiyi yanlış siyasətindən imtina etməsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see346

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see263

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see251

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see239

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see233

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see219

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see217

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see196

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see185

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see181

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see178

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see168

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see158

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see157

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see151

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see151

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see147

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see143

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri