Baydenin səfəri ilə əlaqədar məhdudiyyətlər qoyulub
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
Anqolanın Benguela və Lobito əyalətlərində ABŞ-ın hazırkı prezidenti Co Baydenin səfəri fonunda küçə ticarətinə qadağa qoyulub, dəfn mərasimləri təxirə salınıb, Lobitoya gedən bəzi yollar bağlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “O Novo Jornal” qəzeti məlumat yayıb.
Bayden dekabrın 2-də Anqolaya gedib. Prezident hazırda ölkənin paytaxtı Luandadadır və daha sonra əyalətin liman şəhəri Lobitoya gedəcək.
Hökumət dekabrın 3-ü və 4-ü Luandada da istirahət günləri elan edib.
Səfərin məqsədi sərvətlərlə zəngin Konqo Demokratik Respublikası (DRC) və Zambiyadan Lobitoya qədər dəmir yolu xəttinin yenidən qurulması üzrə ABŞ və Avropa İttifaqının layihəsini müzakirə etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















