Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir

İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs tərəfindən istənilən fiziki və hüquqi şəxslərdən qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün ianənin istənilməsinə, tələb edilməsinə və alınmasına yol verilməyəcək. Bu tələb əsas fəaliyyət istiqaməti müvafiq sahədə maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi olan qurumların məhz həmin məqsədlər üçün ianə almasına şamil olunmayacaq.

Qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün fiziki və hüquqi şəxslərdən bu Qanunun 11.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ianə qəbul edilə bilər. İanə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyi əsasında yalnız qurumun rəhbərinin yazılı razılığı ilə qəbul olunacaq.

İanə edilməsi barədə müraciətə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) tərəfindən 20 (iyirmi) iş günü müddətində baxılır. Qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) ianənin qurumun səlahiyyətlərinin qərəzsiz və obyektiv icrasına təsir göstərməsini, təsir göstərə bilmə imkanını və ya təsir göstərməsi təəssüratını yoxlayır və ianənin qəbul edilib-edilməməsi barədə qurumun rəhbərinə yazılı rəyini təqdim edir. lanənin edilməsi barədə müraciətə baxılarkən ianə edən subyektdən əlavə sənədlər və məlumatlar alına bilər.

Qurumun ianə ediləcək fəaliyyət sahələri üzrə işçisi qurumla ianə edən şəxs arasında münasibətlərin qurulması və davam etdirilməsində, o cümlədən ianə ilə bağlı danışıq və müzakirələrdə iştirak etmir.

İanə hesabına qurumun işçilərinə məvacib, mükafat, yaxud hər hansı digər formada ödəniş və ya hədiyyə verilə bilməz.

İanə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt verilə bilməz, belə təkliflə çıxış edilə və ya belə vəd verilə bilməz.

İanə verən şəxs ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

Vəzifəli şəxslər üçüncü şəxslərin xeyrinə ianə istəyə, tələb edə və ya ala bilməzlər.

Qurum hər il yanvarın 15-dək əvvəlki il üzrə qəbul edilmiş ianənin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri