Icma.az
close
up
RU
İanə alma ilə əlaqədar Yeni məhdudiyyətlər

İanə alma ilə əlaqədar Yeni məhdudiyyətlər

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs tərəfindən istənilən fiziki və hüquqi şəxslərdən qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün ianənin istənilməsinə, tələb edilməsinə və alınmasına yol verilməyəcək. Bu tələb əsas fəaliyyət istiqaməti müvafiq sahədə maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi olan qurumların məhz həmin məqsədlər üçün ianə almasına şamil olunmayacaq.

Qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün fiziki və hüquqi şəxslərdən bu Qanunun 11.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ianə qəbul edilə bilər. İanə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyi əsasında yalnız qurumun rəhbərinin yazılı razılığı ilə qəbul olunacaq.

İanə edilməsi barədə müraciətə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) tərəfindən 20 (iyirmi) iş günü müddətində baxılır. Qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) ianənin qurumun səlahiyyətlərinin qərəzsiz və obyektiv icrasına təsir göstərməsini, təsir göstərə bilmə imkanını və ya təsir göstərməsi təəssüratını yoxlayır və ianənin qəbul edilib-edilməməsi barədə qurumun rəhbərinə yazılı rəyini təqdim edir. İanənin edilməsi barədə müraciətə baxılarkən ianə edən subyektdən əlavə sənədlər və məlumatlar alına bilər.

Qurumun ianə ediləcək fəaliyyət sahələri üzrə işçisi qurumla ianə edən şəxs arasında münasibətlərin qurulması və davam etdirilməsində, o cümlədən ianə ilə bağlı danışıq və müzakirələrdə iştirak etmir.

İanə hesabına qurumun işçilərinə məvacib, mükafat, yaxud hər hansı digər formada ödəniş və ya hədiyyə verilə bilməz.

İanə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt verilə bilməz, belə təkliflə çıxış edilə və ya belə vəd verilə bilməz.

İanə verən şəxs ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

Vəzifəli şəxslər üçüncü şəxslərin xeyrinə ianə istəyə, tələb edə və ya ala bilməzlər.

Qurum hər il yanvarın 15-dək əvvəlki il üzrə qəbul edilmiş ianənin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verəcək.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri