Icma.az
close
up
RU
Bayırşəhərdə sadəcə evlər deyil, tarix də sökülür: Mütəxəssislər və sakinlər etiraz edir

Bayırşəhərdə sadəcə evlər deyil, tarix də sökülür: Mütəxəssislər və sakinlər etiraz edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər paytaxtda ardıcıl söküntü işləri infrastrukturun yaxşılaşdırılması, şəhərin gözəlləşdirilməsi missiyası daşıdığı bildirilsə də, Bakının tarixi siması az zədələnmədi. Nə qədər tarixi abidə dağıdıldı. Daha Şollar su qülləsi, Hacı Fərəculla hamamı, Təhməzov qardaşlarının evi, Mehmandarovların mülkü yoxdur. Bunlar təkcə Qış parkı, Mərkəzi park salınanda dağıdılan tarixi abidələrdir. Siyahı tutsaq, ucu-bucağı görünməz.

Bizimyol.info xəbər verir ki, Bayırşəhərdə yenə onlarla tarixi abidə, ev dağıdılır. Söküntü işləri həm mütəxəssislərin, həm də sakinlərin narazılığı fonunda aparılır. Fevralda 200-ə yaxın memar, ictimai fəal imza toplayaraq söküntünün dayandırılmasına çalışmışdı. Amma cəhdlər bəhrəsini vermir, ötən əsrin əvvəllərinin yadigarı olan tikililər məhv edilir.

İmza toplanmasının təşkilatçılarından olan Fəridə Ziyadova deyir ki, ortada hər hansı layihə, plan yoxdur: “Binalar bir neçə ay əvvəl inventarlaşdırılmışdı, hazırda isə sakinlərlə qiymət danışılmağa başlanılıb. Deyirdilər ki, tarixi binalar saxlanılıb qalanları söküləcək. Buna əməl edildiyini görmürük. İmza toplayaraq məktub hazırlamışdıq. Burada təkcə tarixi binaların deyil, bütün məhəllə strukturunun qorunmasını, binaların bərpa edilməsini, küçələrin piyadalaşdırılıb Bayırşəhərin yeni bir alt-mərkəzə çevirilməsini təklif etmişdik. Lakin bizə hələ də cavab verilməyib”.

Fəridə Ziyadova bildirir ki, Bayırşəhərdə xeyli tarixi binanın adı reyestrə salınmayıb: “Ümumiyyətlə, bizdə o status binanı qorumur. Çünki siyahıya istənilən vaxt müdaxilə edə bilirlər. Min bəhanə ilə tarixi binanı siyahıdan çıxardırlar ki, sökəndə rahatca “abidə deyildi” deyə bilsinlər. Mərkəzi park salınanda bir çox binalar siyahıdan çıxarılmışdı və hələ də qaytarılmayıb”.

Köçürülmə üzrə qəbul komissiyası yaradılıb. Komissiya rəhbərliyi vətəndaşlara müraciətdə bildirib: “Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərzilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi üzrə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb. Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 ünvanında fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə komissiyaya müraciət etmələri xahiş olunur”.

Komissiyanın müraciətində də görünür ki, ötən əsrin əvvəllərində inşa olunmuş evlərə rəhm etməyi düşünmürlər. Həmin tikililərin adları reyestrə salınmır. Adın reyestrə düşməsi də bir çox hallarda rol oynamır.

Bayırşəhər sakinləri bildirirlər ki, mənzil-kommunal istismar sahəsi və komissiya onlara təzyiq göstərir. Onlar yaşadıqları mənzilləri satmayacaqları halda kommunal xidmətlərin dayandırılması mümkündür.

İsmayıl bəy Qutqaşınlı 22-25 ünvanlarında ay və beşulduz təsvirlərinin yer aldığı evlər artıq sökülüb. Ərəbcə yazıda binanın qardaşlara məxsus olması və 1927-ci ildə (hicri: 1346) tikilməsi qeyd olunmuşdu. Tarixi abidə hesab olunmurdu. Bakıda bu simvolların yer aldığı çox az bina qalıb. Amma daha həmin tikililər də yoxdur. Bakının tarixi gözümüzün qabağında məhv edilir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri