Bayram atmosferi məni təəccübləndirdi Turistlər niyə Yeni ili Azərbaycanda keçirirlər?
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Yeni il günlərində Azərbaycan turistlər üçün cəlbedici istiqamətlərdən birinə çevrilib.
Bəs xarici qonaqlar Yeni ili niyə məhz Azərbaycanda keçirməyə üstünlük verirlər?
Baku TV bu sualla paytaxt Bakıya səfər edən turistlərə müraciət edib.
"Bu, həyat yoldaşımın ideyası idi. O, Bakını dostunun paylaşdığı şəkillərdə görüb. Buradakı ab-hava çox gözəldir", - deyə turistlərdən biri bildirib.
Başqa bir turist isə qeyd edib: "Mən əvvəllər də Bakıda olmuşam, amma yay aylarında. Bu dəfə Yeni il ərəfəsində gəlməyi qərara aldım. Çünki dostum burada yaşayır və dedi ki, Bakıda Yeni il ab-havası çox gözəldir. İslam ölkəsi olmasına baxmayaraq, bayram atmosferinin bu qədər möhtəşəm olmasına təəccübləndim. Küçələr zövqlə bəzədilib, hər yerdə yarmarkalar var. İnsanlar çox mehribandır, yeməklər və içkilər isə olduqca ləzzətlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 03 Yanvar 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















