Icma.az
close
up
RU
Turistlər Azərbaycandan yan keçir: NİYƏ?

Turistlər Azərbaycandan yan keçir: NİYƏ?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 720 min 500 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalma deməkdir. 

Paralel olaraq, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 2,7 faiz geriləyib.

“Cebheinfo.az”-a açıqlamasında turizm eksperti Samir Dübəndi son illərdə turizm sahəsində müşahidə olunan azalma tendensiyası ilə bağlı danışıb. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər turizm sektorunda müəyyən enişi göstərir: 

“Bu, azalma təsadüfi deyil. Əsas səbəblərdən biri beynəlxalq aviauçuşların sayının məhdud olmasıdır. Son illər Bakıdan və regionlardan bir sıra istiqamətlər üzrə uçuşların azaldılması və ya dayandırılması ölkəyə turist axınını birbaşa məhdudlaşdırır. Bundan əlavə, regionda baş verən geosiyasi gərginliklər də səyahət qərarlarına təsir göstərir. 

Azərbaycanın turizm bazarı hələ də yetərincə diversifikasiya olunmayıb. Hazırda əsas turist axını qonşu və yaxın region ölkələrindən gəlir. Bu isə hər hansı siyasi və ya iqtisadi dəyişiklik baş verən kimi rəqəmlərin dərhal azalmasına gətirib çıxarır”. 

Dübəndinin fikrincə, ölkə daha geniş coğrafiyadan turist cəlb etməyi hədəfləməlidir: 

“Bunun üçün yeni marketinq strategiyaları, beynəlxalq təbliğat kampaniyaları və müxtəlif ölkələrdən birbaşa uçuşların təşkili məsələlərini daha da genişləndirməliyik. Azərbaycanın təbii və mədəni turizm potensialı çox zəngindir, lakin bu potensialın reallaşdırılması üçün bazarların şaxələndirilməsi əsas amil olmalıdır. 

Əks halda, turizm axınında baş verən kiçik enişlər belə ümumi sektora ciddi təsir göstərə bilər. Buna görə də yaxın illərdə ölkənin turizm strategiyasında yeni yanaşmaların hazırlanması vacib sayılır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri