Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
"Unikal"ın məlumatına görə, müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların fasiləsiz həyata keçirilməsi və müvafiq sertifikatların verilməsində ardıcıllığın təmin olunması məqsədilə Agentlik və onun regional bölmələri, həmçinin tabeliyində fəaliyyət göstərən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC və onun regional bölmələri 6 və 9 iyunda – qeyri-iş günlərində də fəaliyyət göstərəcək.
Qeyd olunan tarixlərdə sahibkarlar, adi iş günlərində olduğu kimi, Agentliyin "Bakı KOB Evi", regional bölmələri və Ekspertiza Mərkəzinə müraciət edərək müvafiq xidmətlərdən yararlana bilərlər.
Baxış sayı:129
Bu xəbər 05 İyun 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















