Icma.az
close
up
RU
Bayram günlərində ucuz qiymətə harada istirahət edə bilərik?

Bayram günlərində ucuz qiymətə harada istirahət edə bilərik?

Icma.az, Milli.az saytına istinadən bildirir.

Novruz bayramı yaxınlaşdıqca ölkə daxilində istirahət etməyi planlaşdıranlar üçün otellərin qiymətləri maraqlı mövzulardan birinə çevrilib.

Milli.Az bildirir ki,  Azərbaycanın müxtəlif bölgələrində yerləşən otellər bayram günləri üçün xüsusi təkliflər hazırlayıb.

Qiymətlər otelin yerləşdiyi əraziyə, təqdim etdiyi xidmətlərə və bayram proqramlarına görə dəyişir.

Şəki, Qəbələ, Şamaxı, Lənkəran, Quba və digər turistik bölgələrdə yerləşən otellərdə 20-31 mart tarixlərində iki nəfərlik otaqların qiyməti 70 manatdan başlayır və 500 manata qədər yüksəlir. Qiymətlər otellərin təqdim etdiyi xidmətlərə, otaq növünə və bayram proqramlarına görə dəyişə bilər. 

Bəs mövcud qiymətlər normal heab edilə bilərmi? 

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bayram günlərində otellər və iaşə obyektləri qiymətlərini artırırlar: "Burada məsələ ondan ibarətdir ki, tələbat yüksək olur. Çox adam eyni zamanda otellərə getmək istəyir və bu da otellərin qiymətləri nisbətən bahalaşdırması ilə nətiləcələnir. Lakin adi günlərə baxsaq bayramlarda olduğu kimi yüksək qiymətlər görməyəcəksiniz.  

Turizm sahəsində otel, iaşə, əyləncə sektorunda bu dövrlərdə qiymətin bir qədər artması müşahidə olunur. Bu, tələbatın artması ilə bağlıdır və əslində normal hal kimi qəbul olunur. Bu məsələdə sahibkarları günahlandırmaq düz olmazdı. Çünki digər günlərdə otellərə üz tutanların sayı o qədər də çox olmur. Belə günlərdə otellər qiymətlərini tənzimləmək məcburiyyətində qalırlar

Bəzi otellər yalnız gecələmə xidməti təqdim etsə də, bəziləri Novruz bayramına uyğun şou proqramlar, milli mətbəx nümunələri və əyləncə tədbirləri təklif edir. Bu amillər də qiymətlərə təsir edir".

Alternativlər və daha sərfəli seçimlər

Bəzi vətəndaşlar üçün bu qiymətlər yüksək görünsə də, alternativ variantlara əl ata bilərlər:

Kənd turizmi - bölgələrdə ailəvi qonaq evləri daha sərfəli qiymətlər təklif edir.

Kirayə evlər - gündəlik ev kirayələmə variantları bəzi hallarda otellərdən daha ucuz olur.

Sanatoriyalar və istirahət mərkəzləri - bəzi sağlamlıq mərkəzləri də bayram günlərində xüsusi təkliflər irəli sürür.

Turizm mütəxəssisləri tövsiyə edir ki, bayram günlərində istirahət planlayanlar rezervasiyanı əvvəlcədən etsinlər, çünki yerlər sürətlə dolur və son anda qiymətlər daha da arta bilər. Eyni zamanda, müxtəlif otellərin və qonaq evlərinin təkliflərini müqayisə edərək ən uyğun seçimi etmək mümkündür. /BAKU.WS

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Mart 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri